Narazıyıq, amma çaldıqları havaya oynayırıq! - Avtobuslarda gediş haqqı yenilənəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Sərnişinlər şəhərətrafı və qəsəbələrarası avtobuslarda gediş haqqının düzgün hesablanmamasından narazıdırlar.
Məsələn, 211 nömrəli avtobusla Sədərək Ticarət Mərkəzindən “Koroğlu”ya qədər getmək üçün də, bir dayanacaqlıq yola görə də eyni məbləğ – 55 qəpik ödəməlisiniz.
Yaxın və uzaq məsafə arasında fərq qoyulmamasından şikayətlənən sərnişinlər əlavə ödəniş etmək istəmədiklərini qeyd edirlər.
Məsələ ilə bağlı “BakuBus”dan bildirilib ki, qiymət Tarif Şurası tərəfindən hesablandığına görə daşıyıcı şirkət buna müdaxilə edə bilməz.
Azərbaycan Yürüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, şəhərətrafı və qəsəbələrarası avtobuslarda tariflər məsafəyə görə dəyişir:
“Şəhərdaxili marşrutlarda məsafəyə görə diferensial ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Hazırda sərnişindaşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş siteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülür”.
#İctimai nəqliyyat teqi istifadə olunub
- "Arxadan sıxışdırırıq, axı o da..." | Avtobusda gərginlik | "Hamı bir-birinin belində..." - Baku TV
- Şəhər böyüyür, yollar daralır | Paytaxtda hərəkəti çətinləşdirən əsas səbəb nədir? - XÜLASƏ
- Tələbələrə nəqliyyatda yeni güzəşt | Xərclərin bir hissəsi geri qaytarılacaq? - Baku TV
- "Hər gün davadır" | "Şamaxinka"da izdiham | "Dünən bundan da betər idi" - Baku TV
- Biz sakitlik istəyirik | Hansı avtobus sürücüsü sərnişinlərə Bayram Kürdəxanlını dinlətdi? - Baku TV
