“Nəcislərini blokun qabağına atırlar” | Psixi problemi olduğu deyilən şəxs sakinləri boğaza yığdı
Paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli binanın sakinləri bildirirlər ki, 5-ci mərtəbədə yaşayan və psixi problemləri olan qadının mənzilindən yayılan pis qoxu, məişət tullantıları, tarakanlar artıq bütün bloku cənginə alıb.
Onların sözlərinə görə, illərlə müxtəlif qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
“Nəcislərini blokun qabağına atırlar. Qardaşları dünyasını dəyişəndə 3-4 gün meyitlə evdə qaldılar. Qonşular xəbər tutandan sonra onu dəfn etdilər”, ‒ narazı sakinlərdən biri söyləyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, sözügedən yaşayış binasında antisanitar vəziyyət yaradan şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunauyğun tədbirlər görülür.
#Nərimanov rayonu teqi istifadə olunub
- Mərkəzi yolda quyular niyə açıq qalıb? | Sürücülər hər an təhlükə ilə üzləşə bilər - Baku TV
- Qaş düzəldərkən göz çıxardılar | Bu ərazidə yaşayanlar niyə çətin durumda qalıb? - Baku TV
- Nərimanovda yanğın olan ərazidə son vəziyyət
- Nərimanovda binada güclü yanğın baş verdi | Əməkdaşımız hadisə yerində - Baku TV
- "İmkan vermirlər işləməyə” | Nərimanovda obyektlər niyə sökülür? - Baku TV
