Növbəti köç karvanı Ağdamın Sarıcalı kəndinə çatdı
Ağdam rayonunun Sarıcalı kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.
Sakinlərə yeni mənzillərinin açarları təqdim edilib.
Bu mərhələdə kəndə daha 39 ailə, yəni 153 nəfər köçürülüb. Onlardan 22 ailə Bakıdan, digərləri isə müxtəlif rayonlardan olub. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə köçürülən ailələrin ümumi sayı 76-ya çatıb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır.
#Qarabağ teqi istifadə olunub
- Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla ailələr yola salındı - Baku TV
- 30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA
- İran ABŞ-yə 7 şərt qoydu | Trampdan iddialı açıqlama | Sürücülərə xəbərdarlıq - YENİ BİR SƏHƏR
- Xarici diplomatların Qarabağ səfəri belə yadda qaldı - Baku TV
- Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin II günü - Baku TV
