Oğlumu məcbur ediblər ki... | Gəncədə 1 nömrəli məktəbdə rüşvət qalmaqalı
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə müxtəlif bəhanələrlə şagirdlərdən pul yığılması ilə bağlı iddialar yayılıb.
Sosial şəbəkələrdə yayılmış səs yazısında valideyn 5-ci sinifdə oxuyan övladına məcburi qaydada sınaq imtahanı bileti satıldığını iddia edir.
“Təhsil İdarəsi adı ilə övladımın çantasına 7 manat qiyməti olan sınaq imtahanı bileti qoyublar. Azyaşlı övladım niyə rüşvətin nə olduğunu bilməlidir?!”, – valideyn məsələ ilə bağlı Baku TV-yə açıqlamsında deyib.
Yayılan iddialarla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, aparılan araşdırmalar zamanı təhsil müəssisəsində bir sıra nöqsanlar aşkar edilib və Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
#Gəncə teqi istifadə olunub
- Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
