Paytaxt sakinləri üçün vacib xəbər | Bakı metrosundakı dəyişikliyin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
“AZCON Holding”ə daxil olan “Bakı Metropoliteni” QSC “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarını birləşdirəcək təxminən 200 metrlik tunelin inşası üçün hazırlıq işlərinə başlayır.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Məlumata görə, hazırlıq mərhələsi 4-5 ay davam edəcək. Bu müddətdə “28 May” stansiyası ətrafında iki nöqtədə şaxtalar qazılacaq – biri stansiyanın qarşısında, digəri isə Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil dayanacağı sahəsində.
Çətin geoloji şəraitdə diametri 12 metrə yaxın, 30 metrdən çox dərinlikdə şaxtalar qazılacaq. Daha sonra əsas tunellərə doğru yanaşma tunelləri inşa ediləcək.
Bildirilib ki, işlər metro qrafikinə təsir etməyəcək, sərnişinlər əvvəlki intervalla metrodan istifadə edə biləcəklər. Eyni zamanda qazma işləri ərazidə avtobus hərəkətinə və dəmir yolu vağzalının işinə mane olmayacaq.
#Bakı Metropoliteni teqi istifadə olunub
- Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR
- Metronun bu stansiyasında daha hansı işlər görülüb? - “Məkik hərəkət ləğv ediləcək” - Baku TV
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Yeni nəqliyyat layihəsi şəhərdə gediş-gəlişi necə dəyişəcək? - ANA XƏBƏR
- Paytaxtda yeni nəqliyyat layihəsi | Kanatla sərnişindaşıma tıxacları azalda bilər? - Baku TV
