Pleyeri seçin:

Pensiyaçı vəfat etdikdə... | Artım edilən müavinətlərlə bağlı açıqlama

05 mart 2025 827 baxış

Bir sıra müavinətlərdə artım olub. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov “Facebook” hesabında paylaşım edib.

Millət vəkili bildirib ki, bu il icrasına başlanılan sosial paket çərçivəsində artıq bir sıra müavinətlərdə artım reallaşıb:

“Artımlar bu ildən etibarən minimum əməkhaqqı məbləğinin dəyişməsi ilə bağlıdır. Belə ki, Azərbaycanda bəzi sosial müavinətlərin məbləği minimum əməkhaqqı ilə birbaşa bağlıdır. Bu baxımdan minimum əməkhaqqındakı dəyişiklik onların məbləğində artımlar ilə müşahidə olunur”.

Vüqar Bayramov qeyd edib ki, cəza çəkməkdən azad edilən tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinətin məbləği minimum əməkhaqqının 4 misli həcmindədir:

“Bu o deməkdir ki, həmin müavinətin məbləği artıq 1 380 manatdan 1 600 manatadək yüksəlib. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətlərdə minimum əməkhaqqı məbləğinə uyğun olaraq artırılıb”.

Millət vəkilinin sözlərinə görə, peşə əmək qabiliyyəti itirildikdə minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində ödənilir:

“Məsələn, peşə əmək qabiliyyətinin itirilmə faizi 80 faizdirsə, o zaman həmin aylıq müavinətin məbləği 276 manatdan 320 manatadək artırılıb”.

Vüqar Bayramov bildirib ki, artımın baş verdiyi digər ödəniş dəfn üçün müavinətdir. Belə ki, əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş edilir. Bu o deməkdir ki, pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət gələn ay 840 manatdan 960 manata yüksəlib.

Banner
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 827 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 827 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 827 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 827 baxış
“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 827 baxış
“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

Cəmiyyət
03 noyabr 2026 827 baxış
“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 827 baxış
Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 827 baxış
"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

Cəmiyyət
03 noyabr 2026 827 baxış
"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

Cəmiyyət
03 noyabr 2026 827 baxış
Seçilmişlər
icon