Pleyeri seçin:

Polis Akademiyasında yeni tədris korpusu və yataqxana kompleksi istifadəyə verildi

23 oktyabr 2024 477 baxış

103 illik zəngin ənənəyə malik Polis Akademiyası bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində tarixi inkişaf mərhələsinə qədəm qoyub.

Akademiyanın yeni inşa olunmuş 1500 nəfərlik yeni tədris korpusu və yataqxana kompleksinin artıq kursantların istifadəsinə verilməsi məhz Ali Baş Komandanın hərtərəfli diqqətinin əyani təzahürüdür. Görülən işlər sayəsində asayiş keşikçilərinin hazırlanması üçün Polis Akademiyasında müasir meyarlara cavab verən təhsil prosesinin həyat keçirilməsi məqsədilə infrastruktur təminatı ən yüksək səviyyəyə çatdırılıb, maddi-texniki baza daha da möhkəmləndirilib.

Polis Akademiyasında təhsil alan kursantlar hüquqi biliklərlə yanaşı, kriminalistik tədqiqatlar, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları, habelə insan hüquqlarının təminatı, məntiq və yeni dövrün çağırışları ilə səsləşən ixtisaslar üzrə elmi-nəzəri praktiki biliklər qazanırlar.

Müasir texniki və sinxron tərcümə avadanlıqları ilə təchiz edilmiş konfrans zalları beynəlxalq və respublika səviyyəli elmi-praktiki müzakirələrin aparılması, multimedia sistemi və dərslərin operativ təhlilinə imkan verən audio-video nəzarət vasitələri ilə təchiz olunmuş mühazirə zalları isə interaktiv üsullarla dərslərin keyfiyyətinin yüksəldilməsi və təhsilalanların fənnə olan marağının artırılması üçün nəzərdə tutulub.

Akademiyada informasiya təhlükəsizliyi sahəsində xüsusi biliklərə yiyələnmək üçün geniş imkanlar yaradılıb. Burada təhsilalanlar xüsusi laboratoriyalarda kiberhücumlara qarşı dayanıqlılığın artırılmasının effektiv yollarını araşdırır, şəbəkə təhlükəsizliyi və məlumatların qorunması üsullarını peşəkar müəllimlərin köməyi ilə dərindən mənimsəyirlər.

Qapalı və interaktiv atıcılıq tiri tapançadan atəş üçün 25 metrlik hədəf sistemləri, 12 nəfərin eyni vaxtda atəş açması üçün kabinələr, elektron hədəf və monitorlar, eləcə də zəruri kommunikasiya qurğuları ilə təchiz edilib.

Kursantlarda güc, çeviklik və dözümlülüyün inkişaf etdirilməsi məqsədilə hər bir yataqxananın və tədris korpusunun kürsülərində müasir avadanlıqlarla təchiz edilmiş idman zalları mövcuddur.

Kopyalandı
Banner
Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Cəmiyyət
04 noyabr 2026 477 baxış
Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Cəmiyyət
04 noyabr 2026 477 baxış
Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 477 baxış
Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Cəmiyyət
03 noyabr 2026 477 baxış
"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

Cəmiyyət
03 noyabr 2026 477 baxış
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 477 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 477 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 477 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 477 baxış
“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 477 baxış
Seçilmişlər
icon