Pleyeri seçin:

"Azəriqaz"dan smart-kartlardakı problemlə bağlı açıqlama - Baku TV

02 yanvar 2026 697 baxış

Məlum olduğu kimi, yanvarın 1-dən qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra “Azəriqaz” İstehsalat Birliyinin smart-kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb. Hələ də Bakı şəhərində bir çox abonentlər istiliksiz qalıb.

Bu şikayətlə Baku TV-nin qaynar xəttinə ölkənin müxtəlif bölgələrindən vətəndaşlar müraciət ediblər.

Onların sözlərinə görə, artıq ikinci gündür ki, sayğaca qaz yükləmək mümkün deyil.

“Qaynar xəttə düşmək olmur. Zəng edirsən, çox hallarda ya avtomatik olaraq söndürülür, ya da uzun müddət xətdə gözlədirlər. 37 dəqiqə insan xətdə gözləyər?”, – deyə Baku TV-nin redaksiyasına müraciət edən vətəndaşlardan biri bildirib.

Bir qrup vətəndaş isə problemin həlli üçün qurumun aidiyyəti şöbələrinin qarşısına toplaşdıqlarını deyirlər.

Yaranan vəziyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır:

“Smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yanvarın 1-dən etibarən yaranan problem həmin gün axşam saat 20:00-da aradan qaldırılsa da, kütləvi əməliyyatlar aparılması zamanı sistem yenidən xəta ilə üzləşib. Təqvim ilinin əvvəli olması ilə əlaqədar müraciət sayı da çox olur. Müraciət sayı çox olduğuna görə yenidən müəyyən xətalarla üzləşdik. Yaranan çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi şəkildə iş aparır. Sistem düzəldikdə yüklənən məbləğlərin hər biri bərpa olunacaq. Yüklənən məbləğlərin itirilməsindən söhbət gedə bilməz”.

Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 697 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 697 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 697 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 697 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 697 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 697 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 697 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 697 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 697 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 697 baxış
Seçilmişlər
icon