"Bərbad haldır, baxan yoxdur" | Biləcəri sakinlərinin başına oyun açan problem niyə həll edilmir?
Yeniliklərdən dərhal xəbərdar olun
“Su aydınlıqdır” desələr də, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsinin sakinlərinin güzəranı heç də aydınlıq deyil.
Ərazidən keçən qəzalı su borusu təmir olunmadığından təzyiq artırılan kimi ətraf gölməçəyə dönür. Nəmişlikdən evlərin divarlarında çatlar əmələ gəlib. Hətta su xəttinin yanında yerləşən evin hasarı borunun təmir edilməsi üçün dəfələrlə sökülsə də, problem həll olunmayıb.
“20 ildən çoxdur ki, su borusu ilə bağlı problemimiz var. Köhnə su borularıdır. Şikayət etmişik, baxmırlar. Divar sökülüb, qəzalı vəziyyətdədir. Allah uzaq etsin, uşaq altda qala bilərdi. Gərək kimsə ölsün, ondan sonra baxsınlar”, – deyə sakinlər narazılıqlarını dilə gətiriblər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda su xəttinin üzərində fərdi həyətyanı sahənin hasarı tikilib. Bu səbəblə xətdə tez-tez qəzalar baş verir.
Normativ qaydalara əsasən, tikili su xəttinin keçdiyi ərazidən ən azı 5 metr məsafədə yerləşməlidir. Su xəttinin əsaslı təmiri və bərpası üçün hasar sökülməli və xətdə təmir işləri aparılmalıdır. Bununla bağlı abonent müvafiq Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən məlumatlandırılıb, razılıq əldə olunduqdan sonra işlərə başlanılacaq.
#Su xətti teqi istifadə olunub
- Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV
- Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT
- “Yağış yağanda lap dəhşət olur” | Masazırda dəhşətli durum | “Qurum üçün çətindir ki...?!” - Baku TV
- Yeni Günəşli qəsəbəsinin su təchizatında problem yarandı
- "Ətraf bərbad vəziyyətdədir" | Yeni Günəşli sakinlərinin probleminə niyə laqeyd yanaşılır? - Baku TV
