"Dağılıb töküldü, elə də qalıb" | Yasamalın bu yolları niyə keçilməzdir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Şəhid İsmayıl Kərimlinin adını daşıyan küçə baxımsız vəziyyətdədir.
Sakinlərin sözlərinə görə, təxminən 450 metr uzunluğunda olan yol illərdir təmir olunmur, xüsusilə yağışlı havalarda küçədə hərəkət etmək çətinləşir.
Onların bildirdiyinə görə, qış aylarında və yağışdan sonra yolda iri çalalar və gölməçələr yaranır. Bu isə həm piyadaların, həm də avtomobillərin hərəkətinə ciddi mane olur.
Sakinlər deyirlər ki, bəzi hallarda maşınlar yoldan keçərkən zədələnir, insanlar isə evlərinə gedib-gəlməkdə çətinlik çəkirlər. Küçədə əsas problemlərdən biri də işıqlandırmanın olmamasıdır.
Vətəndaşlar bildirirlər ki, axşam saatlarında yol tam qaranlıq olur və hərəkət etmək təhlükəli hal alır.
“Yol bərbad haldadır. Necə dağılıb-tökülübsə, elə də qalıb”, – deyə sakin narazılığını bildirib.
#Yol problemi teqi istifadə olunub
- "Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi
- 28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir
- Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV
- "Taksi sifariş veririk, gəlmir" | Novxanı sakinləri çıxılmaz durumda
- “Uşaqları aparmaq üçün zülm çəkirlər” | Əhalinin bitməyən problemi | “Gölməçələr yaranır” - Baku TV
