"Hərbi xidmətə sapsağlam getmişdim" | Kömək diləyən gənc: "Xəstəliyimə görə ailəm dağıldı" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayon sakini 30 yaşlı Fuad Şahbazlı aidiyyəti qurumlardan kömək istəyir.
Baku TV-nin qaynar xəttinə müraciət edən şikayətçinin sözlərinə görə, hərbi xidmət zamanı aldığı kəllə-beyin travmasından sonra səhhətində ciddi problemlər yaranıb.
İki uşaq atası olan Fuad Şahbazlı bu günə qədər heç bir pensiya və ya sosial təminat ala bilmədiyini deyir.
“Ailəmi saxlamağa, dərmanımı almağa pulum yoxdur. Uşağım dünyaya gəldi, ona baxa bilmədim. Valideynləri gəlib həyat yoldaşımı apardılar. Dərman qəbul etməsəm, qıcolmam tutacaq, dişlərim qırılacaq, ya da başımı yerə vuracağam, əziləcək. Xəstəliyimə görə hərbi xidmətə yararsız hesab edilirəmsə, mənə niyə pensiya verilmir?!”, – deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Fuad Şahbazlının əlilliyinin qiymətləndirilməsi ilə bağlı son beş il ərzində tibb müəssisəsi tərəfindən heç bir “Forma 88” rəsmiləşdirilməyib:
“Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Fuad Şahbazlı ilə bağlı yeni “Forma 88” sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndirilə bilər”.
#Biləsuvar teqi istifadə olunub
- “30 ildir biz əkirik, bu yandan çıxıb ki...” | Sakinlərin torpaq sahələri zəbt olunub? - Baku TV
- Biləsuvarda toy mərasimindən sonra qohumlar arasında bıçaqlı dava faciə ilə bitdi - Baku TV CANLI
- Biləsuvarda şadlıq sarayında dəhşətli hadisə - Baku TV
- "Heç kimlə problemi yox idi..." | Biləsuvarda qohumlar arası dava faciəyə çevrildi - Baku TV
- Biləsuvarda qanlı hadisə | 26 yaşlı kənd sakini davanın qurbanı oldu - Baku TV CANLI
