Pleyeri seçin:

"İkinci əl" geyimlər hansı xəstəlikləri yaradır? - Bunları bilməsəniz, risk altındasınız!

29 avqust 2025 635 baxış

Son vaxtlar ölkədə “ikinci əl” geyimlərə maraq artıb.

Alıcılar hesab edirlər ki, bir geyimə 30-40 manat xərcləməkdənsə, eyni məbləğə 4-5 geyim əldə etmək daha sərfəlidir.

Lakin sual doğuran əsas məqam bu geyimlərin gigiyena baxımından təhlükəsiz olub-olmamasıdır.

Satıcıların sözlərinə görə, geyimlər anbarda xüsusi dezinfeksiya olunduqdan sonra mağazalara gətirilir və gigiyenik sertifikatla təmin olunur.

Dermatoloq Bəxtiyar Paşayev isə xəbərdarlıq edir ki, “ikinci əl” geyimlərin üzərində müxtəlif infeksiyalar qala bilər:

“Əvvəlki sahiblərinin hansı xəstəlikləri olub, bilmirik. Bu geyimlər göbələk, virus infeksiyaları, parazitlər daşıya bilər. Ona görə də mütləq xüsusi kimyəvi dezinfeksiya tədbirləri görülməlidir”.

Məsələyə fərqli yanaşma ilə çıxış edən bioenergetik Əhməd Əhmədov isə geyimlərin “aurası”ndan danışır. O bildirir ki, başqasının geyimini istifadə edən insan özünü narahat hiss edə bilər və bu zaman müəyyən təmizləmə ritualı aparmaq tövsiyə olunur:

“Geyimi suya qoyub adaçayı, ardıç, üzərlik tüstüsünə verməklə onun enerjisini təmizləmək olar”.

Digər mühüm sual isə xaricdən gətirilən ikinci əl geyimlərə nəzarətlə bağlıdır. Dövlət Gömrük Komitəsindən bildirilib ki, yalnız uşaqlar üçün gətirilən paltarlar sanitar nəzarətə aid olan malların siyahısına daxildir. Digər geyimlər üçün isə gigiyenik sertifikat tələbi yoxdur.

Kopyalandı
Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 635 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 635 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 635 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 635 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 635 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 635 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 635 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 635 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 635 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 635 baxış
Seçilmişlər
icon