"İy gəlir, baxan yoxdur" - Əhali acınacaqlı durumdan bezib | "Binanın altı su ilə doludur" - Baku TV
Suraxanı rayonunun Nizami İsmayılov küçəsində yaşayan bir qrup sakin Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, artıq bir ilə yaxındır binalarının qarşısında su yığılaraq gölməçə əmələ gətirib.
Sakinlərin sözlərinə görə, yay aylarında ərazidən yayılan kəskin qoxu və yaranan gölməçə onların gediş-gəlişini ciddi şəkildə çətinləşdirir.
“Bilirsiniz, zirzəmimiz nə gündədir?! Kanalizasiya suyu zirzəmiyə dolub. Bir azdan oradan ilan-qurbağa çıxacaq”, – sakinlərdən biri bildirib.
“Ərazidə otlar bitib, su qaldıqca üfunət qoxusu yayılır. Dəfələrlə şikayət etmişik, amma gəlib baxan yoxdur”, – digər sakin qeyd edib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, Suraxanı Rayon Sukanal İdarəsinin qəza briqadası sözügedən əraziyə baxış keçirib. Su xəttinin birləşmə hissəsində yaranan nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür.
#Suraxanı teqi istifadə olunub
- Suraxanıda ailə faciəsi | Qardaşını xilas etmək istədi, özü bıçaqlandı - Baku TV
- Bakıda qandonduran hadisə | Qardaş əvvəlcə bacısını bıçaqladı, sonra isə... - Baku TV CANLI
- Qonşular səsə gəldi, qardaş görün nə etdi | Bakıda qorxunc hadisə - Baku TV
- Hövsanda dağıntılar altında qalan bir nəfər xilas edilib
- Hövsanda qəbirləri ot basıb, bulaqdan su gəlmir
