Pleyeri seçin:

"Kərimə dövləti" planının müəllifi

06 aprel 2023 372 baxış

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşları İran xüsusi xidmət orqanları tərəfindən ələ alınaraq ölkədə sabitliyin pozulması istiqamətində cinayətlər törətməyi planlaşdıran bir qrup şəxsə qarşı əməliyyat keçirib.

Məlum olub ki, İranda yaşayan və həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə adlı şəxs Azərbaycanda şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaradaraq onlara tapşırıqlar verib.

Modern.az-ın yaydığı məlumata görə, Rufulla Axundzadə 1955-ci ildə Astarada anadan olub. 1995-ci ildə İranla əlaqələrinə görə Ali Məhkəmə tərəfindən ləğv edilən İslam Partiyasının sədr müavini olub. 2011-ci ilin yanvarında Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin terrora hazırlıq və hakimiyyəti zorla ələ keçirmə maddələri ilə ittiham edilib.

Baş Prokurorluğun rəsmi məlumatına görə, 2011-ci il yanvarın 21-də istintaq qrupu və Astara rayon Polis Şöbəsinin birgə istintaq-əməliyyat tədbirləri nəticəsində Astara sakini R.Axundzadənin yaşadığı evdə axtarış aparılarkən həyətindəki saxlanc yerindən 4 avtomat, 1 tapança, avtomat silahlar üçün nəzərdə tutulan və içərisində patronlar olan 3 sandıqça, 9 əl qumbarası, xeyli sayda alışdırıcı və patron, 7 CD formatlı disk və digər predmetlər aşkarlanaraq götürülüb.

R.Axundzadə 2021-ci ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb. O, həbsdən çıxandan sonra İranın xüsusi xidmət orqanlarının tapşırıqları ilə Azərbaycan dövlətinin əleyhinə fəaliyyətə başlayıb və bu məqsədlə bəzi dindarları öz ətrafında toplayıb.

Gözləmə müddəti problemli kreditlərin sayını azalda bilərmi?

Gözləmə müddəti problemli kreditlərin sayını azalda bilərmi?

Cəmiyyət
01 oktyabr 2026 372 baxış
Din və müasirlik bir-birinə ziddir? - Sosial şəbəkələr alimləri niyə qorxudur? - AMİN

Din və müasirlik bir-birinə ziddir? - Sosial şəbəkələr alimləri niyə qorxudur? - AMİN

Cəmiyyət
01 oktyabr 2026 372 baxış
Telefon və internet sizi necə cinayətkarların hədəfinə çevirə bilər? - Baku TV

Telefon və internet sizi necə cinayətkarların hədəfinə çevirə bilər? - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 372 baxış
Yeni qərar problemli kreditlərin qarşısını almağa kömək edə biləcək? - Baku TV

Yeni qərar problemli kreditlərin qarşısını almağa kömək edə biləcək? - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 372 baxış
Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir

Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir

Cəmiyyət
01 oktyabr 2026 372 baxış
"İkisini bir gündə sürəsi deyiləm ki!" | Minmədiyi maşınlara görə sakin necə cərimələnib? - Baku TV

"İkisini bir gündə sürəsi deyiləm ki!" | Minmədiyi maşınlara görə sakin necə cərimələnib? - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 372 baxış
“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 372 baxış
Mövsüm dəyişəndə saç tökülməsinin artması nə ilə bağlı ola bilər?

Mövsüm dəyişəndə saç tökülməsinin artması nə ilə bağlı ola bilər?

Cəmiyyət
01 oktyabr 2026 372 baxış
"İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV

"İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 372 baxış
"İlk dəfə gələndə ağladım ki..." | Bakıdan Şamaxıya işləməyə gedən Fatimə müəllim - Baku TV

"İlk dəfə gələndə ağladım ki..." | Bakıdan Şamaxıya işləməyə gedən Fatimə müəllim - Baku TV

Cəmiyyət
01 oktyabr 2026 372 baxış
Seçilmişlər
icon