Pleyeri seçin:

"Öz gözlərimlə görmüşəm, neçə dəfə..." | Binəqədidə sürücülərin gününü qara edən yol - Baku TV

29 iyul 2026 328 baxış

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında məlum olub ki, Binəqədi rayonu, Koroğlu küçəsində aylar əvvəl içməli su xəttində yaranmış nasazlıqla bağlı aidiyyəti qurum tərəfindən təmir işləri aparılıb. Lakin sakinlərin sözlərinə görə, görülən işlər problemi aradan qaldırmayıb.

Belə ki, nə su sızmasının qarşısı alınıb, nə də qazıntı işlərindən sonra dağıdılan yol infrastrukturu bərpa edilib.

Nəticədə, içməli su yolboyu axaraq israf olunur, yolda yaranan iri çuxurlar isə nəqliyyatın hərəkətinə ciddi maneə yaradır və qəza riskini artırır.

“Neçə dəfə burada qəza baş verib. Şəxsən mən qışda gördüm ki, yolun həmin hissəsində su yığılmışdı. Maşın sürüşərək idarəetməni itirdi, qəza baş verdi. Xəsarətalanlar da oldu”, – deyə sakinlərdən biri bildirib.

“Bir dəfə avtomobilimin təkəri çuxura düşərək partladı. Məcbur qalıb əks yola çıxırıq. Sonra da deyirlər ki, sürücülər qaydalara əməl etmir, əsasən də xanım sürücüləri günahlandırırlar. Halbuki buna məcbur oluruq”, – deyə digər sakin qeyd edib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, müraciət Binəqədi rayon Sukanal İdarəsinə yönləndirilib. Qısa müddətdə əraziyə briqada cəlb olunacaq, araşdırma aparılacaq və problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək.

Banner
“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 328 baxış
Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Cəmiyyət
04 noyabr 2026 328 baxış
Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Cəmiyyət
04 noyabr 2026 328 baxış
Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 328 baxış
Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Cəmiyyət
03 noyabr 2026 328 baxış
"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

Cəmiyyət
03 noyabr 2026 328 baxış
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 328 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 328 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 328 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 328 baxış
Seçilmişlər
icon