Pleyeri seçin:

"Saçları töküldü, əri ondan qaçırdı" | "Məzarını bağlatdıracağam, soyuq olmasın..." - ARZUNUN VAXTI

06 iyul 2026 189 baxış

“Arzunun vaxtı” verilişinin yeni buraxılışında müğənni Aynur Ədalət rəhmətə gedən qızı Həmidəxanım Hüseynova haqqında danışıb.

Müğənninin sözlərinə görə, Həmidəxanım onun yeganə övladı olub. Aynur Ədalət bildirib ki, illərlə övlad həsrəti çəkdikdən sonra qızını dünyaya gətirib və onu böyük sevgi ilə böyüdüb. Lakin ailə qurduqdan sonra Həmidəxanımın səhhətində ciddi problemlər yaranıb.

Aynur Ədalət qeyd edib ki, qızı ana olmaq istəyib və bu səbəbdən həkim müayinələrindən keçib. Onun sözlərinə görə, Həmidəxanımda polip aşkarlanıb və əməliyyatdan sonra vəziyyəti ağırlaşıb:

“Əməliyyatdan sonra qanaxma başladı, bütün bədəni pis günə qaldı. Sonradan bildik ki, balam qan xərçənginə tutulub”.

Müğənni iddia edib ki, qızı ağır xəstəliklə mübarizə apararkən həyat yoldaşı ondan uzaqlaşıb:

“Balam xəstəliklə savaşanda yoldaşı atıb getdi. Saçları töküldü, əri ondan qaçırdı, yaxın durmurdu. Qızım deyirdi ki, o məni istəmir, apar məni, ayrılım”.

Aynur Ədalət bildirib ki, qızı müalicə üçün Türkiyəyə aparılıb, Ankarada ilik transplantasiyası olunub.

Lakin müğənninin sözlərinə görə, Həmidəxanım son günlərinə qədər həyat yoldaşını gözləyib:

“Gözü qapıda qalmışdı. Hər gün soruşurdu ki, Murad məni soruşur? Mən yenə deyirəm, bəlkə, yanında olsaydı, balam sağalardı. Sağalmasaydı da, heç olmasa, sevgidən yaralı getməzdi”.

Məktəbdə təmir işləri dayanıb? | "Uşaqlarımızın taleyi bilinmir": Valideynlərin narazılığı böyüyür

Məktəbdə təmir işləri dayanıb? | "Uşaqlarımızın taleyi bilinmir": Valideynlərin narazılığı böyüyür

Cəmiyyət
25 avqust 2026 189 baxış
"Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV

"Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV

Cəmiyyət
25 avqust 2026 189 baxış
"33 ildən sonra öz evimizə, obamıza qayıdırıq" | Xocavəndə növbəti köç - Baku TV

"33 ildən sonra öz evimizə, obamıza qayıdırıq" | Xocavəndə növbəti köç - Baku TV

Cəmiyyət
25 avqust 2026 189 baxış
AQTA yoxlamalar apardı | Hansı dondurmalarda uyğunsuzluq aşkarlandı? - Baku TV CANLI

AQTA yoxlamalar apardı | Hansı dondurmalarda uyğunsuzluq aşkarlandı? - Baku TV CANLI

Cəmiyyət
25 avqust 2026 189 baxış
"İşləməyən eskalatorlar işləyənlərdən çoxdur" | Sakinlərin müraciətinə baxılmır? - Baku TV

"İşləməyən eskalatorlar işləyənlərdən çoxdur" | Sakinlərin müraciətinə baxılmır? - Baku TV

Cəmiyyət
25 avqust 2026 189 baxış
"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı | "Açıq-aşkar cəmiyyəti pozurlar" - Baku TV

"Doğuş" edən oyuncaqlar görənləri şoka saldı | "Açıq-aşkar cəmiyyəti pozurlar" - Baku TV

Cəmiyyət
25 avqust 2026 189 baxış
Bakıdakı partlayış binada yaşayanlara qorxulu anlar yaşatdı - Baku TV CANLI

Bakıdakı partlayış binada yaşayanlara qorxulu anlar yaşatdı - Baku TV CANLI

Cəmiyyət
25 avqust 2026 189 baxış
Qobudakı məktəbin təmiri niyə bitmir? | İşlər nə vaxt yekunlaşacaq? - Baku TV CANLI

Qobudakı məktəbin təmiri niyə bitmir? | İşlər nə vaxt yekunlaşacaq? - Baku TV CANLI

Cəmiyyət
25 avqust 2026 189 baxış
"Elə bil ki, yiyəsi yoxdur buranın..." | Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək? - Baku TV

"Elə bil ki, yiyəsi yoxdur buranın..." | Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək? - Baku TV

Cəmiyyət
25 avqust 2026 189 baxış
Sakinlər təmir işlərinin yekunlaşmamasından narahatdır

Sakinlər təmir işlərinin yekunlaşmamasından narahatdır

Cəmiyyət
25 avqust 2026 189 baxış
Seçilmişlər
icon