"Səni də öpüm, inciməzsən?!" | Bir zamanlar İsmayıllının ən varlı kəndi idi, indi isə... - Baku TV
Baku TV meşəlik ərazidə yerləşən, İsmayıllının ən qədim yaşayış məntəqələrindən biri olan Əhən kəndi haqqında reportaj hazırlayıb.
Dağların qoynunda yerləşən kənd dəniz səviyyəsindən təxminən 1540 metr yüksəklikdədir. Əhən kəndi İsmayıllı şəhər mərkəzindən təxminən 30 kilometr aralıda yerləşir.
Kənd sakinlərinin sözlərinə görə, Əhən vaxtilə rayonun ən varlı kəndlərindən biri olub.
“Lahıc və Əhən sakinləri eyni camaat hesab olunur. İndi ləhcələrində müəyyən fərqlər yaranıb. Yazılı dil olmadığından və kəndlər bir-birindən uzaq yerləşdiyindən zamanla danışıqda fərqliliklər əmələ gəlib. Sovet dövründə Əhən ən varlı kəndlərdən biri idi. Sakinlər əsasən təsərrüfatla məşğul olur, qoyunçuluq geniş inkişaf edirdi. Son illər gənclərin kənddən köçməsi təsərrüfatın zəifləməsinə səbəb olub. Vaxtilə kənddə 15-16 min qoyun olduğu halda, hazırda onların sayı təxminən 3 minə düşüb”, – deyə kənd sakini bildirib.
Əhən kəndinin sakinlərinin hazırda əsas istəyi infrastruktur problemlərinin həll edilməsidir.
“Deyirlər ki, kəndə qaz xətti çəkiləcək. Artıq yeddi-səkkiz ildir gəlib ölçü aparırlar, qaz çəkiləcəyini bildirirlər. Amma hələ də kənddə qaz yoxdur. Bununla yanaşı, əsas çətinliklərimizdən biri də yol problemidir”, – deyə kənd sakini qeyd edib.
#İsmayıllı teqi istifadə olunub
- "Əziyyəti qiymətini ödəmir" | Heyvandarlıq sahəsindəki mövcud vəziyyət və qiymət - Baku TV
- İsmayıllıda torpaq uçqunu ailələri evsiz qoydu | Zərərdəymiş sakinlər həyətdə gecələyirlər - Baku TV
- Bu kənddə elə problemlər var ki, əhali danışa da bilmədi... - Baku TV
- "Bir də onu gördük ki, aşıb" | Külək bir sıra bölgələrdə fəsadlar törətdi - Baku TV
- İsmayıllıda güclü külək irigövdəli ağacları aşırıb
