"Səs atırlar ki.." | Binəqədidə yaşayış binasında dözülməz vəziyyət - Baku TV
Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 3A ünvanında yaşayan sakinlər bildirirlər ki, binanın zirzəmisinə illərdir çirkab suları axıdılır.
Onların sözlərinə görə, problemlə bağlı dəfələrlə kanalizasiya idarəsinə və Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət olunsa da, məsələ həllini tapmayıb.
“İlin bütün fəsillərində zirzəmi su ilə dolur. Kanalizasiya sistemi köhnədir. Qoxudan evdə oturmaq olmur”, – sakinlərdən biri deyib.
Digər sakin isə vəziyyətin daha da ağır olduğunu bildirib:
“İy hətta üçüncü mərtəbəyə qədər qalxır. Bu, sağlamlıq üçün təhlükə yaradır. Zəng edib müraciət edirik, gəlib nasazlığı aradan qaldırırlar, amma zirzəmidə yığılan suyu çəkmirlər”.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti üzrə Sukanal İdarəsinə müraciət olunub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, məsələ barədə Binəqədi Sukanal İdarəsinə məlumat verilib. Yaxın vaxtlarda əraziyə briqada cəlb olunacaq, zirzəmidəki xətlər yoxlanılacaq. Hər hansı axıntı aşkarlanacağı təqdirdə xətt bərpa ediləcək və zirzəmidə yığılan suyun kənarlaşdırılması istiqamətində müvafiq işlər görüləcək.
#Binəqədi rayonu teqi istifadə olunub
- “İçkili olmasaydılar...” | Binəqədidə toyu yasa çevirən yeznə daha sonra... - Baku TV
- Biləcəridə zəncirvari qəza | 5 avtomobilə ziyan dəyib - Baku TV
- Bakının tarixi məhəllələrindən olan Rəsulzadə qəsəbəsindən reportaj - Baku TV
- Bakıda dəhşət: Əvvəl arvadını, sonra isə özünü... - ANA XƏBƏR
- Tükürpərdən hadisə | "Baksol yolu" ərazisindəki dəhşətli yanğının detalları üzə çıxdı - Baku TV
