Pleyeri seçin:

"Uşaq yatdığı yerdə dəfələrlə..." | Ailənin yaşadığı yerdə ürəkağrıdan mənzərə - Baku TV

27 aprel 2026 497 baxış

Gəncədə yaşayan, əslən Kəlbəcərdən olan ailə mənzil şəraitinin yararsız halda olmasından şikayətçidir. İmanovlar ailəsi hazırda keçmiş yataqxana binasında məskunlaşıb.

Baku TV-nin qaynar xəttinə müraciət edən ailə başçısı Rusif İmanov azad olunan ərazilərdə mənzillə təmin olunmaq üçün aidiyyəti qurumlardan kömək istəyir.

“1998-ci ildə Gəncə şəhərində anadan olmuşam, 2020-ci ildə ailə qurmuşam. Hazırda üç övladım var, şəraitimiz çox ağırdır. Dəfələrlə aidiyyəti orqanlara müraciət etmişəm ki, bizi azad olunmuş torpaqlarda evlə təmin etsinlər. Bizə bildirilib ki, Zivel kəndi tikiləndə köçürüləcəyik. Mən normal şəraitdə yaşamaq istəyirəm, lakin müraciətlərimizə hələ ki, müsbət cavab verilmir”, – deyə o bildirib.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən qeyd olunub ki, qurum kəlbəcərli məcburi köçkün Rusif Çərkəz oğlu İmanovun vəziyyətindən məlumatlıdır.

Komitədən vurğulanıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Köçürülmə prosesi zamanı qəzalı və ağır şəraitli binalarda, o cümlədən yataqxana və digər müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələrə üstünlük verilir:

“Bu səbəbdən Rusif İmanov və ailə üzvlərinin işğaldan azad edilən ərazilərə köçürülməsi məsələsinə mərhələli və qanunauyğun formada baxılacaq”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 497 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 497 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 497 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 497 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 497 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 497 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 497 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 497 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 497 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 497 baxış
Seçilmişlər
icon