Restoranda qazinin qətli ilə bağlı növbəti məhkəmə prosesi keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda mahnı sifarişi və söyüş üstündə Dövlət Sərhəd Xidmətinin baş giziri Cəsarət Vəliyevi qətlə yetirməkdə, digər əməkdaşı Camal Həsənova isə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlər tədqiq olunarkən hadisənin baş verdiyi ərazidəki müşahidə kameralarının qeydə aldığı görüntülər nümayiş etdirilib.
Görüntülərdən Cəsarət Vəliyevin xəsarət aldıqdan sonra uzun müddət hadisə yerində köməksiz vəziyyətdə qalaraq qan itirməsi müəyyən olunub.
Daha sonra məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Çıxış üçün dövlət ittihamçısına söz verilsə də, prokuror buna hazır olmadığını əsas gətirərək növbəti prosesədək vaxt istəyib.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Bakı Ağır Cinayətlər Məhkəməsində beynəlxalq terror şəbəkəsinə qoşulanlara sərt hökm - ƏSAS XƏBƏR
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
- Dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə | Məhkəmə hansı qərarı verdi? - Baku TV CANLI
