Pleyeri seçin:

“Ruslar gələndə döyüş oldu, sonra...” | “Xan bağı”nda nələr yaşanıb? - Baku TV

30 iyun 2026 222 baxış

Baku TV Gəncənin ən məşhur istirahət məkanlarından biri olan “Xan bağı”ndan reportaj hazırlayıb.

Həm Gəncə sakinlərinin, həm də şəhərə gələn qonaqların sevimli istirahət ünvanlarından sayılan bu yaşıllıq zonası zəngin tarixi ilə diqqət çəkir. Müxtəlif bitki növlərinə ev sahibliyi edən “Xan bağı” əsrlər boyu Gəncənin tarixinin canlı şahidlərindən biri olub.

Tarixçi Bəxtiyar Məhərrəmovun sözlərinə görə, “Xan bağı” XVI əsrdə Gəncə bəylərbəyi Şahverdi xan Ziyadoğlu Qacar tərəfindən salınıb:

“Həmin dövrdə bağ indiki Bağbanlar qəsəbəsinin ərazisində yerləşirdi və Şahverdi xanın ailəsinin yaşayış məkanı kimi istifadə olunurdu”.

Onun sözlərinə görə, XVIII əsrdə Cavad xanın dövründə də xan ailəsi həmin ərazidə yaşamağa davam edib:

“Lakin 1804-cü ildə rus qoşunlarının Gəncəyə hücumu zamanı “Xan bağı” ərazisində şiddətli döyüşlər baş verib və bağa ciddi ziyan dəyib. 1846-cı ildə Qafqaz canişini təyin olunan Vorontsov bağın bərpası təşəbbüsü ilə çıxış etsə də, bunu həyata keçirmək mümkün olmayıb. Nəticədə, mövcud ağacların bir hissəsi köçürülərək şəhər qalasının daxilində yeni bağ salınıb. XX əsrin 30-cu illərindən etibarən həmin ərazi ictimai istifadəyə verilib və əvvəlcə “Lenin bağı” adlandırılıb. Sonrakı illərdə isə yenidən “Xan bağı” kimi tanınıb”.

Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru Zaur Həsənov isə bildirib ki, “Xan bağı” vaxtilə olduqca zəngin bitki örtüyünə malik olub.

Onun sözlərinə görə, iqlim şəraitinin dəyişməsi nəticəsində bir çox nadir ağac və bitki növləri zamanla məhv olub.

Professor bildirib ki, vaxtilə Gəncəyə gələn xarici qonaqlar və tacirlər bəzən müxtəlif ağac tinglərini vergi əvəzi kimi təqdim edirdilər:

“Məhz həmin tinglər hesabına bağın bitki kolleksiyası daha da zənginləşdirilmişdi”.

Kopyalandı
"MTK nəinki göz yumur, hətta..." | Çoxmərtəbəli binada daşıyıcı divarlar sökülür? - Baku TV

"MTK nəinki göz yumur, hətta..." | Çoxmərtəbəli binada daşıyıcı divarlar sökülür? - Baku TV

Cəmiyyət
19 avqust 2026 222 baxış
Toyuq kəsimi müəssisəsi ilə bağlı nələr üzə çıxdı? - Baku TV CANLI

Toyuq kəsimi müəssisəsi ilə bağlı nələr üzə çıxdı? - Baku TV CANLI

Cəmiyyət
19 avqust 2026 222 baxış
Əhalinin nəzərinə | Hansı ərazilərdə hava kəskin dəyişəcək? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hansı ərazilərdə hava kəskin dəyişəcək? - Baku TV CANLI

Cəmiyyət
19 avqust 2026 222 baxış
"Yalan deyirlər, dayanın, mən danışım" | 8 Noyabr prospektində xaos - Baku TV

"Yalan deyirlər, dayanın, mən danışım" | 8 Noyabr prospektində xaos - Baku TV

Cəmiyyət
19 avqust 2026 222 baxış
Sosial media fenomeni balacaları sevindirdi

Sosial media fenomeni balacaları sevindirdi

Cəmiyyət
19 avqust 2026 222 baxış
"Gecə cumur, heç kim yaxın durmur" | Əhalinin əsəbi tarıma çəkildi: "Ayaqaltında qalmışıq" - Baku TV

"Gecə cumur, heç kim yaxın durmur" | Əhalinin əsəbi tarıma çəkildi: "Ayaqaltında qalmışıq" - Baku TV

Cəmiyyət
19 avqust 2026 222 baxış
Lökbatanda sürücülər üçün təhlükəli vəziyyət

Lökbatanda sürücülər üçün təhlükəli vəziyyət

Cəmiyyət
19 avqust 2026 222 baxış
"Çılğın dondurmaçı" Bakıda uşaqları belə sevindirdi | "Əyləncəli gün keçirdik" - Baku TV

"Çılğın dondurmaçı" Bakıda uşaqları belə sevindirdi | "Əyləncəli gün keçirdik" - Baku TV

Cəmiyyət
19 avqust 2026 222 baxış
Yeni Günəşli qəsəbəsinin su təchizatında problem yarandı

Yeni Günəşli qəsəbəsinin su təchizatında problem yarandı

Cəmiyyət
19 avqust 2026 222 baxış
"Normal yol kimi görünür, amma..." | Bu yol insanları niyə faciəyə sürükləyir? - Baku TV

"Normal yol kimi görünür, amma..." | Bu yol insanları niyə faciəyə sürükləyir? - Baku TV

Cəmiyyət
19 avqust 2026 222 baxış
Seçilmişlər
icon