Şabranda sürüşmə davam edir | Əhali üçün təhlükəli vəziyyət - Baku TV
Son günlər havanın yağıntılı keçməsi Şabranda torpaq sürüşmələrini aktivləşdirib.
Şəhərin 20 Yanvar və Məhəmməd Əsədov küçələrində sürüşmələrin artması, xüsusilə fərdi yaşayış evləri üçün təhlükə yaradır.
Sakinlər mövcud vəziyyət səbəbindən evdə yatmaqdan qorxduqlarını söyləyirlər.
“Birinci dəfədir ki, burada belə möcüzə baş verir. Sel qonşunun evini, mənim həyətyanı sahəmi, tövlələrimi aparıb. Yağış yağanda evdə yatmağa qorxuruq, çünki sabah yenə sel olsa, birdən gəlib bizi də aparar”, – sakin İbrahim Əliyev qeyd edib.
Məsələ ilə bağlı Şabran Rayon Fövqəladə Hallar Komissiyasından bildirilir ki, 2025-ci ilin aprel ayında baş verən fəsadlarla bağlı ərazilərə baxış keçirilib, zərərçəkən sakinlərin bir qisminə köməklik göstərilib, digər zərər görən vətəndaşların da qeydiyyatı aparılıb:
"Hazırda baş verən fəsadların aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb. Lakin hava şəraitinin əlverişsiz olması prosesi ləngidir".
#Şabran teqi istifadə olunub
- "Xəstəlik mənbəyidir, amma işlədirik" | Əhali dəhşətli durumda | "İlan-qurbağa çıxarırıq" - Baku TV
- Burada içməli su tapmaq lüks sayılır | Kənd əhalisi niyə susuz qalıb? - Baku TV
- “Deyir, pulum var, gəlib sənin...” - Qalmaqal | "Gəlib çapıblar, o ixtiyarı kim verib?!" - Baku TV
- "Bu kənd tarixdən silinir!" | Sakinlər qorxu içində | "Belə şey Allaha xoş gedər?!" - Baku TV
- “Qorxudan yatmırıq” | İnsanların həyatını kabusa çevirdilər: "Qəbiristanlıqda da olur" - Baku TV
