Pleyeri seçin:
Şamaxıdakı Mərkəzi Parkın sanitar qovşağında natəmizlik hökm sürür
Şamaxıda bir ildən artıqdır istifadəyə verilən Mərkəzi Parkın sanitar qovşağı baxımsız vəziyyətdədir.
Sakinlərin sözlərinə görə, parkda nəzarət demək olar ki, yoxdur:
“Tualetin vəziyyəti bərbaddır, içəri girmək mümkün deyil. İstifadə edə bilmirik, qonaqlar gələndə utanırıq. Pis qoxu bütün parka yayılır, oturmaq olmur. İçəridə su yoxdur, bu da təmizliyə ciddi şəkildə təsir edir. Belə məkanlarda su mütləqdir. Su olmadıqda natəmizlik qaçılmaz olur”.
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən problem yaxın zamanda aradan qaldırılacaq. Amma sanitar qovşağı artıq fəaliyyət göstərməyəcək.
Kopyalandı
#Şamaxı teqi istifadə olunub
- Çirkab suları Şamaxı sakinlərini təngə gətirdi - Baku TV CANLI
- “Batırıq, ölürük” | Sakinlər bezdi | “Nəvəmin biri düşmüşdü, dartıb çıxartdım” - Baku TV
- Şamaxıda antisanitar vəziyyət | Kanalizasiya problemi niyə həll olunmur - Baku TV
- "5 manatlıq yola 25 azn istəyir" | Sakinləri boğaza yığan problem niyə həll edilmir? - Baku TV
- Şamaxıda "Media və Rəqəmsal Savadlılıq" düşərgəsində təlimlər davam edir - Baku TV
