Pleyeri seçin:

S.Ə.S serialı YouTube-dan niyə silindi? - Mehdi Sadiq hər şeyi danışdı - QAPQARA

22 yanvar 2025 526 baxış

“Qəlibləşmiş fikir var: bizim camaat ancaq komediyaya baxır. Bu, insanları axmaq yerinə qoymaqdır”.

Bunu Baku TV-nin “Qapqara” verilişində aktyor, ssenarist Mehdi Sadiq deyib.

O, tamaşaçının yaxşı film və seriallar təqdim edildiyi halda görülən işi təqdir edəcəyini və daha yaxşı işlər gürülməsini istəyəcəyini vurğulayıb.

Ssenarist çəkdiyi ekran əsərlərinin televiziyalarda yayımlanmaması məsələsinə aydınlıq gətirərkən söyləyib:

“S.Ə.S” serialını televiziya kanallarlarından biri məndən istədi. Dedilər ki, onsuz da çəkmisən, ver, pulsuz yayımlayaq. Amma heç az məbləğ də olsa, təklif etmədilər. Çəkdiyimiz zəhmətə, xərclədiyimiz pula görə razı olmadıq. Həm də azadlığımızı televiziyadakı senzuraya qurban vermək istəmədik”.

M.Sadiq çəkilişlər zamanı sponsorlarla yaşadığı problemlərdən bəhs edib:

“Sponsorun yanaşması belədir ki, onun istədiyi olsun. Fərqi yoxdur, məhsulu filmdə necə görünəcək. İşlədiyimiz sponsorlardan birinin məkanında çəkiliş etməli idik. İki gün qalmış zəng edib, “elə edə bilərsiniz ki, müdiriyyət də görüntülərdə olsun?” dedilər. Gör bir az böyük məbləğlər versələr, nələr tələb edərlər”.

Aktyor filmi kinoteatrda izləmək marağının az olmasına da münasibət bildirib:

“Kinoteatrlarda biletlərin qiyməti çox bahadır. Tələbələrin çoxu kinoya gedə bilmir. Gedənlər də valideynlərinin imkanı yaxşı olanlardır. Kino da bir biznesdir, ondan pul qazanılmalıdır. Amma kinonu kütləviləşdirmək daha yaxşı variantdır. Bileti 8 manata deyil, 3 manata satmaq lazımdır. Belə olanda filmə baxmağa 10 min nəfər yox, 100 min nəfər gələcək”. 

Kopyalandı
Şabranda palçıqlı yollardan təngə gələn sakinlər imdad diləyir - Baku TV

Şabranda palçıqlı yollardan təngə gələn sakinlər imdad diləyir - Baku TV

Cəmiyyət
17 dekabr 2025 526 baxış
"Məktəbə oxumağa gedirik, uşaqda da günah var" | Şagirdin telefonunu mismarlayan direktorun sonu

"Məktəbə oxumağa gedirik, uşaqda da günah var" | Şagirdin telefonunu mismarlayan direktorun sonu

Cəmiyyət
17 dekabr 2025 526 baxış
"Özünü o qədər peyğəmbər elan edən olub ki..." | Dinə ehtiyac necə yarandı? - AMİN

"Özünü o qədər peyğəmbər elan edən olub ki..." | Dinə ehtiyac necə yarandı? - AMİN

Cəmiyyət
17 dekabr 2025 526 baxış
Bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə 162 müraciət daxil olub

Bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə 162 müraciət daxil olub

Cəmiyyət
17 dekabr 2025 526 baxış
Elektromobil almağa peşman edən vəziyyət | Şarj cihazları ilə bağlı narazılıq - Baku TV

Elektromobil almağa peşman edən vəziyyət | Şarj cihazları ilə bağlı narazılıq - Baku TV

Cəmiyyət
17 dekabr 2025 526 baxış
Audiovizual Şuradan "MTV"yə ciddi xəbərdarlıq - Baku TV

Audiovizual Şuradan "MTV"yə ciddi xəbərdarlıq - Baku TV

Cəmiyyət
17 dekabr 2025 526 baxış
Suad Qarayeva qalmaqallı filmə görə hər kəsdən üzr istədi - Baku TV

Suad Qarayeva qalmaqallı filmə görə hər kəsdən üzr istədi - Baku TV

Cəmiyyət
17 dekabr 2025 526 baxış
Şəhid anasını və oğlunu söyən şəxsin sonu

Şəhid anasını və oğlunu söyən şəxsin sonu

Cəmiyyət
17 dekabr 2025 526 baxış
Hüseyn Cavid və Vaqif Mustafazadə Asəf Zeynallı adına Musiqi Kollecində yad edildi - Baku TV

Hüseyn Cavid və Vaqif Mustafazadə Asəf Zeynallı adına Musiqi Kollecində yad edildi - Baku TV

Cəmiyyət
17 dekabr 2025 526 baxış
11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı

11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı

Cəmiyyət
17 dekabr 2025 526 baxış
Seçilmişlər
icon