Cəmiyyət
Pleyeri seçin:
Səs yazısı yayılan 17 saylı bağçanın müdiri barədə rəsmi açıqlama
Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. Bu barədə idarədən məlumat verilib.
Qeyd olunub ki, bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək.
Bildirilib ki, adıçəkilən uşaq bağçasının fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb, ictimaiyyətə bu barədə əlavə məlumat veriləcək.
Kopyalandı
Seçilmişlər