Pleyeri seçin:

Siçanlar nə üçün adi suya üstünlük verdi? | Tədqiqatçılardan maraqlı araşdırma

10 dekabr 2024 307 baxış

Kaliforniya Universitetində aparılan araşdırma stresin beyin dövrələrinə təsir edərək anhedoniyaya, yəni həzz alma qabiliyyətinin itməsinə səbəb olduğunu üzə çıxarıb.

Siçanlara adi və şəkərli su arasında seçim imkanı verilib. Adətən siçanlar şəkərli suya üstünlük verirlər. Lakin stresə məruz qalan bəzi siçanlar adi suya üstünlük verməyə başlayıblar. Tədqiqatçılar bu davranışı anhedoniyanın gəmiricilərdəki versiyası kimi qiymətləndiriblər.

Stresə davamlı siçanların amigdala və hipokampus arasındakı neyron əlaqələrinin güclü, anhedoniyaya həssas olan siçanlarda isə bu əlaqələrin zəifləmiş olduğu müəyyənləşdirilib.

Tədqiqatçılar hipokampus və amigdala arasındakı zəif əlaqəni bərpa etmək üçün siçanların beyninə neyronların tezliyini artıran xüsusi birləşmələr vurublar. Bu müdaxilədən sonra siçanlar yenidən şəkərli suya üstünlük verməyə başlayıblar və onların beyin fəaliyyəti stresə davamlı siçanların beyin fəaliyyəti ilə oxşar olub. Bu, stresin təsirlərini aradan qaldırmaq üçün beyin neyronlarının stimullaşdırılmasının mümkünlüyünü göstərir.

Anhedoniya depressiya, şizofreniya və parkinson kimi nevroloji və psixiatrik pozğunluqlarla əlaqələndirilir. Bu simptom ağır depressiya xəstələrinin təxminən 70 faizində müşahidə olunur.

Yararsız yollar, qaranlıq küçələr | Problem niyə həll edilmir? - Baku TV CANLI

Yararsız yollar, qaranlıq küçələr | Problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 307 baxış
“Adamın ağlamağı gəlir” | Sakinlər imdad dilədi | “Çörək almaq üçün 5 küçə keçirəm” - Baku TV

“Adamın ağlamağı gəlir” | Sakinlər imdad dilədi | “Çörək almaq üçün 5 küçə keçirəm” - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 307 baxış
Bakıda keçiriləcək sərgidə dünyanın müdafiə sənayesi şirkətləri toplaşacaq - Baku TV

Bakıda keçiriləcək sərgidə dünyanın müdafiə sənayesi şirkətləri toplaşacaq - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 307 baxış
"Azad edilmiş ərazilərdəki kilsələr Alban məbədləridir" | Revanşistlərə sərt reaksiya - Baku TV

"Azad edilmiş ərazilərdəki kilsələr Alban məbədləridir" | Revanşistlərə sərt reaksiya - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 307 baxış
21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 307 baxış
Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 307 baxış
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 307 baxış
176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 307 baxış
“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

Cəmiyyət
21 sentyabr 2026 307 baxış
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 307 baxış
Seçilmişlər
icon