“Siz kim olduğumu bilməməlisiniz” | Şirvanda işçilər aylardır əməkhaqlarını ala bilmir - Baku TV
Şirvan şəhərindən olan bir qrup sakin Baku TV-nin qaynar xəttinə müraciət edib.
Onların sözlərinə görə, “Raise-Range Technology” adlanan podratçı şirkətlə müqavilə bağlayaraq işə başlayıblar. Bir neçə ay əməkhaqlarını alan işçilər sonradan problemlə üzləşdiklərini bildirirlər.
“Atam onkoloji xəstədir, pula ehtiyacım var. Əziyyət çəkmişik, səhər saat 7-dən gəlib işləmişik. Bizim haqqımızı niyə kəsirlər?!”, “Dörd ayın əməkhaqqını ala bilməmişəm. Deyirlər ki, əlimizdə sənədlər var, pulu ödəmişik”, – deyə şikayətçilər bildiriblər.
Vətəndaşların sözlərinə görə, sifarişçi şirkətin əməkdaşı olan Əlirza adlı şəxs podratçı şirkətə ödənişlərin həyata keçirildiyini və sənədlərin olduğunu deyib. Amma Baku TV-nin çəkilişi zamanı ərazidə olan şəxs suallardan müxtəlif bəhanələrlə yayınmağa çalışıb.
Qeyd edək ki, sifarişçi şirkət olan “Litosfer” MMC ilə “Raise-Range Texnology” MMC arasında Şirvan şəhəri “Araz” zavodu ərazisində işlərin yerinə yetirilməsinə dair xidmət və alqı-satqı müqaviləsi bağlanıb.
Məsələ ilə bağlı sifarişçi şirkətdən Baku TV-yə bildirilib ki, ödənişlər müqavilə üzrə mərhələli şəkildə həyata keçirilib. Lakin işlərin faktiki yerinə yetirilib-yetirilməməsi ilə bağlı 2026-cı ilin 31 mart və 2 aprel tarixlərində aparılan yoxlamalar zamanı bir sıra ciddi nöqsan və çatışmazlıqlar aşkarlanıb.
Açıqlamada o da qeyd olunub ki, “Litosfer” MMC-nin “Raise-Range Texnology” MMC-yə borcu yoxdur və əksinə, külli miqdarda artıq ödənişlər həyata keçirilib və bu barədə təsdiqedici sənədlər mövcuddur.
#Şirvan teqi istifadə olunub
- 5 qadının aqibəti necə oldu? - Qorxunc hadisədən sonra restoran bağlandı - Baku TV
- "Baku TV"nin süjetindən sonra qurumlar hərəkətə keçdi - Baku TV
- Şirvanda bıçaqlanma hadisəsi | Araşdırma aparılır - Baku TV CANLI
- "Azərsilah"ın Şirvandakı zavodunda baş verən partlayışla bağlı təcili xəbər - CANLI
- Şirvanda avtomobillər toqquşdu | Ölən və yaralananlar var
