Sürücülərə xəbərdarlıq: Bunu edənləri 100 manat cərimə gözləyir!
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) operativ nəqliyyat vasitələrinin arxasınca qəsdən hərəkət edən sürücülərə xəbərdarlıq edib. Bu qanun pozuntusu nəqliyyat sıxlığı zamanı bəzi sürücülərin polis, təcili tibbi yardım, yanğınsöndürən və digər xüsusi təyinatlı avtomobillərin yaratdığı boşluqlardan istifadə edərək sürəti aşması, ara məsafəsini və manevr qaydalarını pozması ilə ifadə olunur. Bu hərəkətlər təkcə qəza riski yaratmır, həm də operativ avtomobillərin ünvana vaxtında çatmasına mane olur. “Yol hərəkəti haqqında” Qanuna əsasən, xüsusi təyinatlı avtomobillərin müşayiət etdiyi dəstəyə qoşulmaq qadağandır və İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə görə, bu qaydanı pozan sürücülər 100 manat məbləğində cərimə edilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
