Pleyeri seçin:

Tələbələr hansı sahələrdə endirimlərdən yararlanmaq istəyir? | Hansı imtiyazlar veriləcək?

23 sentyabr 2024 559 baxış

Yeni tədris ilindən etibarən vahid tələbə kartının yaradılması və bakalavr, magistrant və doktorantlara müəyyən güzəştlərin tətbiq olunması planlaşdırılır.

Baku TV-nin keçirdiyi sorğu zamanı aydın olub ki, tələbələrin bəziləri bundan xəbərsiz olsa da, bir çoxu məlumatlıdır.

Bəs onlar daha çox hansı sahələrdə endirimlərdən yararlanmaq istəyirlər?

“Əsas bizim üçün önəmli olan nəqliyyatdır. Nəqliyyatda endirim olsa, kifayətdir”, – tələbə deyib.

Vahid tələbə kartının oktyabrda tələbələrə təqdim edilməsi planlaşdırılır.

Təhsilin İnkişafı Fondunun baş mütəxəssisi Aysel Məhərrəmova bildirib ki, sözügedən kart tələbələr üçün həm debet bank kartı, həm təqaüd, həm də universitetə giriş-çıxış kartı funksiyalarını daşıyacaq:

“Layihənin ilkin mərhələsində Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və Lənkəranda 17 ali təhsil müəssisəsini əhatə etməklə təxminən 170 min tələbə bu sistemə qoşulacaq. Artıq 9 universitetlə memorandum imzalanıb. İrəliləyən mərhələlərdə isə digər universitetlər və texniki peşə məktəblərinin də bu layihədən yararlanması nəzərdə tutulub”.

O qeyd edib ki, tələbə kartı vasitəsilə təhsil alanlar bir sıra imtiyazlardan yararlana biləcəklər:

“Bura supermarketlər, kitab, geyim, aksesuar, parfümeriya mağazaları, kafe, restoran, təhsil mərkəzləri, onlayn platformalar, əyləncə məkanları və s. yerlərdə endirimlər, keşbəklər və promokodlar daxildir. Hazırda siyahımızda 250-dən çox şirkət yer alır”.

Təhsilin İnkişafı Fondundan o da bildirilib ki, ölkəmizdə tətbiqi gözlənilən vahid tələbə kartından bir sıra digər sahələrdə istifadə üçün müvafiq qurumlarla danışıqlar aparılır.

Banner
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 559 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 559 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 559 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 559 baxış
“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 559 baxış
“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

“Deyirlər ki, limit bitib, başım çıxmır” | Əziyyət çəkən sakinlər artıq dözə bilmir - Baku TV

Cəmiyyət
03 noyabr 2026 559 baxış
“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

“Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 559 baxış
Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Biləcəridəki şamlıq baxımsız vəziyyətdə | Yüzlərlə ağaca kənar müdaxilə olunur? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 559 baxış
"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

"Ananı qocalar evinə ver, bizdə yer yoxdur" | Yeni Klinika yaşlı xəstəni niyə qəbul etmir?

Cəmiyyət
03 noyabr 2026 559 baxış
"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

"Bu dəqiqə o vətəndaşı vura bilərlər" | Tikinti şirkəti görün necə təhlükə yaratdı - Baku TV

Cəmiyyət
03 noyabr 2026 559 baxış
Seçilmişlər
icon