Pleyeri seçin:

Uşağı həkimə aparmaq istəyən anaya məşqçi mane olub

02 may 2023 145 baxış

Aprelin 29-da Sumqayıtda azyaşlı oğlanın idman məktəbində aldığı xəsarət səbəbindən vəfat etməsi barədə yeni detallar məlum olub.

Oxu.az-ın məlumatına görə, 2016-cı il təvəllüdlü Fərid Bakarov və qardaşı iki aydır Avropa Oyunlarının bürünc mükafatçısı, idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqlərində birlikdə məşq edirmişlər. Mehman Xəlilovun Fəridə qarşı təhlükəli fənd işlətməsi səbəbi ilə onun başının bədəninin altında qalması və boynunun qırılması Fəridin qardaşının gözləri önündə baş verib. Hadisə zamanı isə uşaqların anası onları qapıda gözləyirmiş.

Uşaq xəsarət aldıqdan sonra Mehman Xəlilov ananı çağırıb və uşağının altına sidik qaçırdığını söyləyib. Bu zaman ana 7 yaşlı uşağın niyə sidik qaçırdığına təəccüblənib və ayaqlarının tutulduğunu görüb. Mehman Xəlilov uşağın məşq zamanı halsız düşdüyünü bildirib. Ana təcili yardım çağırmaq istəsə də, Mehman Xəlilov mane olub. O, uşağı öz qucağında piyada evə gətirib. Bu zaman uşaq qusub, sonra ana uşağı çimizdirib və görüb ki, halı yoxdur. Həmin vaxt Mehman da orada olub. Ana taksi çağırıb və uşağı Sumqayıt Şəhər Uşaq Xəstəxanasında aparıblar. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

Ölən uşaq hərbçi olmaq istədiyi üçün anası idmana yazdırıbmış. Fərid Bakarovun qohumları sayta bildiriblər ki, uşağın anasının görüntülərdən xəbəri yoxdur. Ana uşağı ilə davranış videosunu görmədiyi üçün “işdir də, olub”, – deyir.

Hadisənin baş verdiyi gün uşaq məşqə getmək istəmirmiş. Ana onu güclə aparıb. Ailənin iki oğul övladı olub, onların Mehman Xəlilovla heç bir qohumluqları yoxdur.

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
21 dekabr 2025 145 baxış
AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

Cəmiyyət
21 dekabr 2025 145 baxış
Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Cəmiyyət
21 dekabr 2025 145 baxış
"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 145 baxış
Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 145 baxış
“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

Cəmiyyət
20 dekabr 2025 145 baxış
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Cəmiyyət
20 dekabr 2025 145 baxış
“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

Cəmiyyət
20 dekabr 2025 145 baxış
“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

Cəmiyyət
20 dekabr 2025 145 baxış
Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Cəmiyyət
20 dekabr 2025 145 baxış
Seçilmişlər
icon