Pleyeri seçin:

Uşaq qorxur bağçaya gedəndə... | Diaqnostik qiymətləndirmə nə vəd edir?

21 oktyabr 2024 528 baxış

Bəzi valideynlər dövlət bağçalarında fəaliyyət göstərən müəllimlərin pedaqoji və psixoloji olaraq vəzifələrini doğru yerinə yetirə bilməməsindən şikayət edirlər.

Ölkədə ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə həyata keçirilib.

Maraqlıdır, bağça müəllimlərinin bilik və bacarıqlarının diaqnostik yoxlanması nə dərəcədə məqsədəuyğundur? Həqiqətən, bu proses valideynləri narazı salan xoşagəlməz halların aradan qalxmasına təsir göstərəcəkmi?

Qeyd edək ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunub. Ümumilikdə prosesdə Azərbaycan, rus və gürcü dillərində tədris aparan 13 000-ə yaxın tərbiyəçi-müəllim və metodist iştirak edib. Təhsil eksperti Kamran Əsədov diaqnostik yoxlamanı zəruri hesab edir:

“Statistika bu sahədə çalışan işçilərin 60 faizə qədərinin fərqli sahələrdə təhsilə malik olduqlarını və yaxud ümumiyyətlə, təhsili olmadıqlarını göstərir. Bu, məktəbəqədər təhsil müəssisələrinin keyfiyyəti və uşaqların erkən inkişafı baxımından narahatedici nəticədir. Bağçalarda çalışan tərbiyəçilərin diaqnostik qiymətləndirməsi onların peşəkarlıq səviyyəsini yüksəltmək və məktəbəqədər təhsil müəssisələrinin keyfiyyətini artırmaq məqsədi daşıyır”.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Azər Teymurlu bildirib ki, könüllülük prinsipi əsasında həyata keçirilən diaqnostik qiymətləndirmənin nəticəsindən və prosesdə iştirakdan asılı olmayaraq heç bir inzibati tədbir həyata keçirilməyəcək:

“2026-ci ilin sonuna qədər 17 min nəfərin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub”.

Ümumilikdə diaqnostik yoxlama 2026-cı ilin sonlarında keçiriləcək sertifikasiya prosesinə hazırlıq mərhələsini təşkil edir. 

Banner
Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 528 baxış
"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 528 baxış
"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

Cəmiyyət
04 noyabr 2026 528 baxış
Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 528 baxış
Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Cəmiyyət
04 noyabr 2026 528 baxış
“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 528 baxış
Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Cəmiyyət
04 noyabr 2026 528 baxış
Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Cəmiyyət
04 noyabr 2026 528 baxış
Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 528 baxış
Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Cəmiyyət
03 noyabr 2026 528 baxış
Seçilmişlər
icon