Uşaqların böyüməsinin qarşısını alan amillər açıqlandı | Valideynlərin diqqətinə
Yeniliklərdən dərhal xəbərdar olun
Uşaqlarda boyun qısa olması təkcə genetik və ya yanlış qidalanma ilə bağlı deyil, bəzi sağlamlıq problemləri və ya gündəlik vərdişlər də bu vəziyyətə səbəb ola bilər.
Mütəxəssislərin sözlərinə görə, sağlam qidalanma, yuxu rejimi və müntəzəm fiziki fəaliyyət uşağın böyüməsində ən vacib amillərdir. Bununla yanaşı, genetik potensial və emosional vəziyyət də nəzərə alınmalıdır.
Boy qısalığının bəzi hallarda xroniki xəstəliklərin əlaməti ola biləcəyini vurğulayan ekspertlər uşaqların müayinəsinin sistemli şəkildə aparılmasının vacibliyini bildiriblər. Əgər boy qısalığı kilo itkisi ilə müşahidə olunursa, bu, protein və enerji çatışmazlığı, ya da bağırsaq pozğunluqları kimi problemlərdən qaynaqlana bilər.
Uşaqların qidalanmasında onların yaşına uyğun kalori tələbatını qarşılamaq, balanslı və təbii qidalarla təmin etmək əsas şərtdir. Rafinə olunmuş və balanssız qidalanmadan uzaq durmaq tövsiyə edilir.
#Yuxu rejimi teqi istifadə olunub
- Gecələr oyaq, gündüzlər yorğun | Yuxu həbi həll yoludur, yoxsa müvəqqəti çıxış? - Baku TV
- Sutkada 8 saatdan az yatanlarda infarkt və insult riski artır
- Uzun və sağlam yaşamaq istəyirsinizsə, bunları mütləq bilin
- Rahat yuxunu əngəlləyən məhsullar açıqlandı | Əgər turş meyvə yesəniz...
- Gecələr necə qidalanmalıyıq? | Qorxulu yuxular görməmək üçün bunu edin
