Pleyeri seçin:

Vahid Əhmədova töhmət verildi

28 aprel 2023 531 baxış

Millət vəkili Vahid Əhmədova töhmət verilib.

Belə ki, aprelin 28-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarovanın müraciətinə əsasən, iclasda deputat Vahid Əhmədovun son müsahibəsində səsləndirdiyi fikirlərlə əlaqədar məsələyə münasibət bildirilib.

Komissiya sədri Eldar İbrahimov diqqətə çatdırıb ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı kimi nüfuzlu bir beynəlxalq təşkilata sədrlik edən ölkədir. Belə bir ölkənin parlamenti haqqında Vahid Əhmədov kimi təcrübəli bir deputatın səsləndirdiyi fikirlər qəbuledilməzdir.

Komissiya üzvləri isə bildiriblər ki, qanunvericiliyə əsasən, deputatın müsahibə vermək hüququ var və onun bu hüququ məhdudlaşdırıla bilməz. Lakin deputat verdiyi müsahibədə Milli Məclis deputatının etik davranış qaydalarına uyğun olmayan fikirlər söyləməməlidir. Deputat öz imicindən daha çox xalqın və dövlətin mənafeyini düşünməli, nəzərə almalıdır ki, deyilən fikirlər ölkəmizə düşmən münasibət bəsləyən qüvvələr tərəfindən əleyhimizə istifadə oluna bilər.

İclasda deputat Vahid Əhmədov da çıxış edərək məsələyə öz münasibətini açıqlayıb. İclasın sonunda komissiyanın qərarı ilə Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci bəndindinə əsasən deputat Vahid Əhmədov barəsində töhmət intizam tədbiri tətbiq edilib.

Banner
Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 531 baxış
"Bilmirəm, savadsızdırlar, ya hövsələləri çatmır..." | Sosial şəbəkələrdə cinsiyyət təyin edilir?

"Bilmirəm, savadsızdırlar, ya hövsələləri çatmır..." | Sosial şəbəkələrdə cinsiyyət təyin edilir?

Cəmiyyət
26 oktyabr 2026 531 baxış
Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI

Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 531 baxış
Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI

Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 531 baxış
"Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"

"Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"

Cəmiyyət
26 oktyabr 2026 531 baxış
"Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV

"Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 531 baxış
Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 531 baxış
Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 531 baxış
İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 531 baxış
Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 531 baxış
Seçilmişlər
icon