Pleyeri seçin:

Valideynlər məktəbəqədər təhsillə bağlı bu qaydaları bilsin - Baku TV

02 iyul 2026 394 baxış

İyulun 7-si saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 9-u saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılacaq.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq.

Bu il ilk dəfə olaraq qəbul prosesi “myGov” platforması üzərindən həyata keçiriləcək. Belə ki, valideynlər qeyd olunan tarixlərdə “myGov” kabinetinə daxil olaraq “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətini seçməklə elektron müraciət prosesini həyata keçirə bilərlər.

Qeyd edilib ki, qəbul sistemi vasitəsilə bir uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsi seçilə bilər. Yaradılmış növbə boş yer olduğu təqdirdə minimum 5 gündən sonra sorğuya çevriləcək. Sorğu yaradıldıqdan sonra valideyn 7 gün ərzində tələb olunan sənədləri müvafiq məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir. Əks təqdirdə, sorğu silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbə və sorğular 2026-2027-ci tədris ili üzrə qəbul prosesində etibarlı hesab olunmur.

Banner
Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Cəmiyyət
04 noyabr 2026 394 baxış
Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Cəmiyyət
04 noyabr 2026 394 baxış
Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 394 baxış
Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Cəmiyyət
03 noyabr 2026 394 baxış
"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

Cəmiyyət
03 noyabr 2026 394 baxış
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 394 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 394 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 394 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 394 baxış
“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

“Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 394 baxış
Seçilmişlər
icon