Pleyeri seçin:

Vardanyanın məhkəməsində ifadələr dinlənildi

21 noyabr 2025 499 baxış

Azərbaycanın Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. 

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Eldar Hüseynov bildirib ki, Xocalıda Fərrux dağı, Maarif Abbasov, Ramiq Həsənov və Rüstəm Rüstəmli Dağyurd, Xocalı rayonunun Xanabad kəndi ərazisində isə Elyas Məmmədli, Nazim Ağayev, Rəşmi Hümmətov, Coşqun Nəsirov, Əhliyar Muradov, Elgün İsmayıllı, Racib Şükürov, Xəqani Quliyev və Turan Həsənli düşmənin təxribatı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, daha bir neçə nəfər isə həlak olub.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Feyruz Musayev diqqətə çatdırıb ki, buldozerlə Kəlbəcər rayonunun Zar kəndi yaxınlığında mühəndis işlərini görərkən texnika düşmən tərəfindən pulemyot silahlardan atəşə tutulub. Özü xəsarət almasa da, texnika yararsız hala düşüb.

Müzamil Orucov Kəlbəcər rayonu, İsrail Babayev isə Kəlbəcər-Zod istiqamətində düşmən təxribatı nəticəsində yaralandıqlarını söyləyiblər.

Fəqan Vəliyev Ağdam rayonu ərazisində içərisində olduğu tibbi yardım maşınının düşmən tərəfindən raket mərmisi ilə vurulması, Əhliyar Muradov Ağdam rayonunda meşəlik ərazidə atılmış minaatan mərmisinin yaxınlığına düşüb partlaması, Anar Cəfərov və Rəşad Abbasov isə Ağdamın Mərzili kəndi istiqamətində içərisində olduqları avtomobilin düşmən tərəfindən basdırılmış minaya düşməsi nəticəsində yaralandıqlarını qeyd ediblər.

Digər zərərçəkmiş şəxslər ‒ Səfər Qasımov, Elgün Talıbov və Tuqay Rəhimli də ifadələr veriblər. Ermənistan Ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəşlər nəticəsində xəsarət alan və həlak olanlar barədə məlumatlar veriblər.

Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 499 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 499 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 499 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 499 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 499 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 499 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 499 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 499 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 499 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 499 baxış
Seçilmişlər
icon