Pleyeri seçin:

Xarabalıqdan sənaye mərkəzinə: Ağdam necə yenidən həyat qazandı? - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!

02 iyul 2026 421 baxış

"Gör nələri qaytarmışıq" verilişinin yeni buraxılışı bir vaxtlar vandalizmin, bu gün isə böyük quruculuğun rəmzinə çevrilən Ağdama həsr olunub.

Tarixi minilliklərə dayanan, Leylatəpə və Üzərliktəpə abidələri ilə qədimliyini sübut edən bu torpaq XVIII əsrdə Şahbulaq qalası və İmarət Kompleksinin inşası ilə Qarabağ xanlığının mühüm mərkəzinə çevrilmişdir.

1988-ci ildə başlayan münaqişənin ön xəttində dayanan rayon ilk şəhidləri Əli Hacıyev və Bəxtiyar Quliyev başda olmaqla Vətən uğrunda minlərlə oğlunu itirərək "Qəhrəman rayon" adını qazanmışdır. Lakin 23 iyul 1993-cü ildə şiddətli döyüşlərdən sonra Ağdam erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

İşğal dövründə şəhər tamamilə dağıdılmış, beynəlxalq jurnalistlər tərəfindən "Ruhlar şəhəri" və "Qafqazın Xirosiması" adlandırılmış, yalnız tarixi Cümə məscidi bu vandalizmin səssiz şahidi kimi ayaqda qala bilmişdir.

Ermənistanın 27 illik işğalına 2020-ci ilin payızında reallaşan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə son qoyulmuşdur. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata əsasən, 20 noyabr tarixində Ağdam rayonu Azərbaycana qaytarılmış və şanlı Bayrağımız yenidən orada dalğalanmışdır.

Ağdam azad olunandan dərhal sonra şəhərin Baş Planı hazırlanmış və yerlə-yeksan edilmiş xarabalıqların yerində tamamilə müasir bir şəhərin təməli qoyulmuşdur. "Böyük Qayıdış" proqramı çərçivəsində genişmiqyaslı infrastruktur və sosial layihələr sürətlə həyata keçirilir. Görülən işlərin uğurlu nəticəsi olaraq illərdir yurd həsrəti çəkən rayon sakinləri artıq doğma torpaqlarına geri dönürlər.

Banner
Qocalığı gecikdirən dərmanlar işə yarayır? - Uzun ömür yaşamağın sirri tapıldı? - Baku TV

Qocalığı gecikdirən dərmanlar işə yarayır? - Uzun ömür yaşamağın sirri tapıldı? - Baku TV

Cəmiyyət
25 noyabr 2026 44 baxış
Azərbaycan kinosuna ağır itki | Xalq artisti Elmira Şabanova vəfat etdi - Baku TV

Azərbaycan kinosuna ağır itki | Xalq artisti Elmira Şabanova vəfat etdi - Baku TV

Cəmiyyət
25 noyabr 2026 54 baxış
Su xəttində yaranan nasazlıq sakinlərin gediş-gəlişində çətinlik yaradır

Su xəttində yaranan nasazlıq sakinlərin gediş-gəlişində çətinlik yaradır

Cəmiyyət
25 noyabr 2026 26 baxış
"Nə tikirsən, tik, bizə də yol ver" | İcra hakimiyyəti Digahda yolu satıb? - "200 min pul vermişəm"

"Nə tikirsən, tik, bizə də yol ver" | İcra hakimiyyəti Digahda yolu satıb? - "200 min pul vermişəm"

Cəmiyyət
25 noyabr 2026 74 baxış
Şəxsi həyat nə vaxt sosial media tamaşasına çevrilir? - AKTUAL GÜNDƏM

Şəxsi həyat nə vaxt sosial media tamaşasına çevrilir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
25 noyabr 2026 75 baxış
"Kimə göstərdim, bu pomidora yaxın durmadı" | "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü

"Kimə göstərdim, bu pomidora yaxın durmadı" | "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü

Cəmiyyət
25 noyabr 2026 93 baxış
“Nə təcili yardım gəlir, nə də qonaq” | Gediş-gəliş sakinlər üçün niyə əziyyətə çevrilib? - Baku TV

“Nə təcili yardım gəlir, nə də qonaq” | Gediş-gəliş sakinlər üçün niyə əziyyətə çevrilib? - Baku TV

Cəmiyyət
25 noyabr 2026 123 baxış
Memarlıq abidəsinə müdaxilə ilə bağlı qurumlar niyə fərqli açıqlamalar verir? - Baku TV

Memarlıq abidəsinə müdaxilə ilə bağlı qurumlar niyə fərqli açıqlamalar verir? - Baku TV

Cəmiyyət
25 noyabr 2026 129 baxış
Təhlükəli anlar | Güclü külək Gəncədə görün nələrə səbəb oldu - Baku TV CANLI

Təhlükəli anlar | Güclü külək Gəncədə görün nələrə səbəb oldu - Baku TV CANLI

Cəmiyyət
25 noyabr 2026 135 baxış
Piyadalar niyə yolun ortası ilə hərəkət edir?

Piyadalar niyə yolun ortası ilə hərəkət edir?

Cəmiyyət
25 noyabr 2026 135 baxış
Seçilmişlər
icon