Pleyeri seçin:

Xətaidə baş verən problem niyə həll olunmur? | Problem nə vaxt aradan qaldırılacaq? - Baku TV

11 sentyabr 2026 202 baxış

Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36 ünvanında yerləşən yaşayış sahəsində su kollektorunun partlaması nəticəsində yaranan fəsadlar hələ də tam aradan qaldırılmayıb.

Sakinlərin sözlərinə görə, problemin ilkin əlamətləri hələ 2014-cü ildən müşahidə olunub. İddialara görə, aidiyyəti qurumlara məlumat verilsə də, həmin vaxt yalnız zədələnmiş hissə təmir edilib və problem köklü həllini tapmayıb.

Baku TV-nin 6 ay əvvəl çəkdiyi süjetdən sonra ərazidən keçən kollektor başqa yerə köçürülüb, çökmüş hissə bərpa olunub. Lakin görülən işlərə baxmayaraq, ərazidəki problemlər qalmaqdadır.

Kollektorun partlaması səbəbindən çökmə baş verən hissədə yerləşən evin bir qismi və hasar sökülüb. Hazırda əsas çətinlik yolun bərbad vəziyyətdə olması ilə bağlıdır. Qazıntı işlərindən sonra ərazidə yaranan palçıq və çöküntülər piyadaların və nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Şikayətçi Zərifə Hüseynova məsələ ilə bağlı narazılığını bildirib:

“Aylar əvvəl dəfələrlə müraciət etsək də, gəlib baxmadılar. Ev tam çökəndən sonra məcbur qalıb sökdülər. Bir ay kirayədə qalmağım üçün pul verdilər, yarım ay isə öz hesabıma qaldım. Evimə qayıtsam da, yağış yağanda su mənzilin altına dolur. Yola öz hesabıma qum və daş tökmək məcburiyyətində qalmışam”.

Banner
Yerli və xarici aşpazların əl işləri Qəbələdə diqqət mərkəzində - Baku TV

Yerli və xarici aşpazların əl işləri Qəbələdə diqqət mərkəzində - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 202 baxış
"Qəlbimdə çox sevdiyim biri var, amma yanıma gəlmədi" | "Mən həyatdan doymamışam" - ARZUNUN VAXTI

"Qəlbimdə çox sevdiyim biri var, amma yanıma gəlmədi" | "Mən həyatdan doymamışam" - ARZUNUN VAXTI

Cəmiyyət
31 oktyabr 2026 202 baxış
Qəbələ ilk dəfə qastronomiya sammitinə ev sahibliyi edir - Baku TV

Qəbələ ilk dəfə qastronomiya sammitinə ev sahibliyi edir - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 202 baxış
“Biz uşaqlara nə veririksə, onu da alırıq” | Məktəbdə intizam necə qorunmalıdır? - Baku TV

“Biz uşaqlara nə veririksə, onu da alırıq” | Məktəbdə intizam necə qorunmalıdır? - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 202 baxış
“Murdar suyun içində gəzirik, ayıbdır!” | Sakinlərin əsəbləri tarıma çəkilib - Baku TV

“Murdar suyun içində gəzirik, ayıbdır!” | Sakinlərin əsəbləri tarıma çəkilib - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 202 baxış
"Taksi sifariş veririk, gəlmir" | Novxanı sakinləri çıxılmaz durumda

"Taksi sifariş veririk, gəlmir" | Novxanı sakinləri çıxılmaz durumda

Cəmiyyət
31 oktyabr 2026 202 baxış
“Uşaqları aparmaq üçün zülm çəkirlər” | Əhalinin bitməyən problemi | “Gölməçələr yaranır” - Baku TV

“Uşaqları aparmaq üçün zülm çəkirlər” | Əhalinin bitməyən problemi | “Gölməçələr yaranır” - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 202 baxış
“Ya acdırlar, ya da...” | Tülküləri paytaxt küçələrinə üz tutmağa nə vadar edir? - Baku TV

“Ya acdırlar, ya da...” | Tülküləri paytaxt küçələrinə üz tutmağa nə vadar edir? - Baku TV

Cəmiyyət
31 oktyabr 2026 202 baxış
Novxanı sakinləri problemlərlə üz-üzə | Əhali çətinlik içində qalıb - Baku TV CANLI

Novxanı sakinləri problemlərlə üz-üzə | Əhali çətinlik içində qalıb - Baku TV CANLI

Cəmiyyət
31 oktyabr 2026 202 baxış
Vətəndaşları təşvişə salan hadisə | Mərkəzi küçələrdə niyə bu qədər tülkü var? - Baku TV CANLI

Vətəndaşları təşvişə salan hadisə | Mərkəzi küçələrdə niyə bu qədər tülkü var? - Baku TV CANLI

Cəmiyyət
31 oktyabr 2026 202 baxış
Seçilmişlər
icon