Pleyeri seçin:

Yaşıl okeanları daha uzaq məsafədən müşahidə etmək olacaq? | Yapon alimindən maraqlı açıqlama

15 aprel 2025 544 baxış

Elm adamları Yer kürəsini “mavi mərmər” adlandırsalar da, uzaq keçmişdə planet tamamilə fərqli görünüşə malik olub.

Yapon elm adamı Taro Matsuonun “Nature Ecology & Evolution” elmi jurnalında dərc olunan yeni araşdırması Yerin okeanlarının yüksək dəmir konsentrasiyası səbəbindən vaxtilə yaşıl olduğunu göstərir.

Üç milyard il öncə, oksigenin yaranmasından əvvəl okeanlarda Fe (II) ‒ ikivalentli dəmir olub, bu da suyu yaşıl edib. Ozon təbəqəsinin olmaması və dəmirin həddindən artıq olması xüsusi bir işıq mühiti yaradıb. Yaşıl işığın təsiri altında siyanobakteriyalar ‒ ilk fotosintetik orqanizmlər inkişaf etməyə başlayıb.

“Genetik analiz göstərir ki, siyanobakteriyalarda yaşıl işığı səmərəli şəkildə udan, fikoeritrin adlı xüsusi bir fikobilin zülalı vardı”, ‒ T.Matsuo deyir.

Elmi məqalədə qeyd olunur ki, bu kəşflər təkcə Yerin tarixini anlamaq üçün yox, həm də digər planetlərdə həyat axtarışı üçün vacibdir. Yaşıl okeanlar bioloji aktivliyin potensial göstəricisidir.

“Bu bizə yaşıl okeanların daha uzaq məsafələrdən müşahidə oluna biləcəyini düşünməyə əsas verir, bu da onları aşkar etməyi asanlaşdırır”, ‒ yapon alim vurğulayır.

“Dində də tamadalıq edirlər” | Əlibəy Məmmədli: “Fəlsəfəni düzgün başa düşməmişik” - QAPQARA

“Dində də tamadalıq edirlər” | Əlibəy Məmmədli: “Fəlsəfəni düzgün başa düşməmişik” - QAPQARA

Cəmiyyət
09 may 2026 544 baxış
Sakinlər qəzalı vəziyyətdəki işıq dirəyinin problem yaratdığını bildirirlər - Baku TV

Sakinlər qəzalı vəziyyətdəki işıq dirəyinin problem yaratdığını bildirirlər - Baku TV

Cəmiyyət
09 may 2026 544 baxış
Ustad Aşıq Hüseyn Saraçlının xatirəsi anılıb və sənətə verdiyi töhfələr yad edilib - Baku TV

Ustad Aşıq Hüseyn Saraçlının xatirəsi anılıb və sənətə verdiyi töhfələr yad edilib - Baku TV

Cəmiyyət
09 may 2026 544 baxış
Süni zəka ilə yaradılan yalan məlumatları yayanlara qarşı sərt cəzalar tətbiq olunacaq - Baku TV

Süni zəka ilə yaradılan yalan məlumatları yayanlara qarşı sərt cəzalar tətbiq olunacaq - Baku TV

Cəmiyyət
09 may 2026 544 baxış
Qadınlar eyni işə görə kişilərdən az maaş alır? | Əmək Məcəlləsində dəyişiklik - Baku TV

Qadınlar eyni işə görə kişilərdən az maaş alır? | Əmək Məcəlləsində dəyişiklik - Baku TV

Cəmiyyət
09 may 2026 544 baxış
Xırdalanda ağacları kim kəsir? - Dövlət qurumu məsələyə münasibət bildirdi - Baku TV

Xırdalanda ağacları kim kəsir? - Dövlət qurumu məsələyə münasibət bildirdi - Baku TV

Cəmiyyət
09 may 2026 544 baxış
Amputasiya riskinin olmaması üçün şəkər xəstələri nələrə diqqət etməlidir? - BAKU MED

Amputasiya riskinin olmaması üçün şəkər xəstələri nələrə diqqət etməlidir? - BAKU MED

Cəmiyyət
09 may 2026 544 baxış
Faşizm üzərində qələbədə Azərbaycanın rolu: Danılmaz faktlar - Baku TV

Faşizm üzərində qələbədə Azərbaycanın rolu: Danılmaz faktlar - Baku TV

Cəmiyyət
09 may 2026 544 baxış
"Həkimlər deyirdi ki, heç nə yoxdur" | Rasim Balayev ömrünün son vaxtlarında nələrlə üzləşdi?

"Həkimlər deyirdi ki, heç nə yoxdur" | Rasim Balayev ömrünün son vaxtlarında nələrlə üzləşdi?

Cəmiyyət
08 may 2026 544 baxış
Gəncədə keçirilən WUF13 festivalından görüntülər - Baku TV

Gəncədə keçirilən WUF13 festivalından görüntülər - Baku TV

Cəmiyyət
08 may 2026 544 baxış
Seçilmişlər
icon