Yola zibil atan sürücülərin nəzərinə | Yol polisindən vacib çağırış
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:
"Yolda hərəkət zamanı təkcə qaydalara deyil, həm də ətraf mühitə olan münasibətimizə görə məsuliyyət daşıyırıq. Təəssüf ki, bəzi hallarda nəqliyyat vasitələrindən tullantılar birbaşa yola və ya yol kənarına atılır.
Unutmaq olmaz ki, bu cür davranışlar aşağıdakı mənfi nəticələrə səbəb olur:
Yolun çirklənməsi ‒ nəticədə təkcə görünüş yox, həm də yolun funksional təhlükəsizliyi pozulur.
Yanğın təhlükəsi ‒ atılan siqaret kötüyü quru otluqda yanğına səbəb ola bilər. Bu isə ətraf üçün ciddi risk yaradır.
Avtomobil təhlükəsi ‒ kiçik zibil parçaları (plastik, şüşə və s.) yol səthində sürüşkənlik və texniki nasazlıqlar doğura bilər.
Ekoloji zərər ‒ atılan tullantıların bir çoxu (xüsusən plastik) uzun illər torpaqda parçalanmır və təbiətə zərər verir.
İctimai məsuliyyətsizlik ‒ ətraf mühitə hörmətsizlik, cəmiyyət içində mədəni davranışlara zərbə vurur".
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- Yol polisindən sürücülərə çağırış
- Qeydiyyat nişanları barədə dələduzluq | DYP vətəndaşlara çağırış etdi
- Yol polisindən sükan arxasına yorğun halda əyləşən sürücülərə çağırış
- Bir əli sükanda, bir əli isə... | Bakıda tanınmış idmançının düşdüyü qəzadan anbaan görüntülər
- "Yaxşı bir şey deyil" | Çipsiz nömrəli avtomobillər radara düşmür?
