ABŞ İrana qarşı əməliyyatları nə vaxt yekunlaşdıracaq?
ABŞ administriyası İrandan təhlükə gəldiyini düşündüyü müddətdə bu ölkəyə qarşı güc tətbiqini davam etdirəcəyini bəyan edib.
Bu barədə ABŞ administrasiyasının dərc etdiyi Terrorla Mübarizə Strategiyasında bildirilib.
Sənəddə qeyd olunub ki, Vaşinqtonun “qətiyyətli addımlar” adlandırdığı tədbirlər, o cümlədən 2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsi, ötən ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələr və İrana qarşı müharibə Tehran ABŞ üçün təhlükə yaratmağı dayandırana qədər davam edəcək.
Strategiyada həmçinin ABŞ-nin İranın proksi qüvvələrinə qarşı kəşfiyyat, kiber və hərbi əməliyyatları davam etdirəcəyi vurğulanıb.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamışdı. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp tərəflər arasında iki həftəlik qarşılıqlı atəşkəs elan etmişdi.
İran tərəfinin məlumatına görə, 40 günlük müharibə zamanı ABŞ-İsrail zərbələri nəticəsində 3375 iranlı həlak olub. Aprelin 11-də Tehran və Vaşinqton nümayəndə heyətləri İslamabadda danışıqlar aparsalar da, münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə olunmayıb.
ABŞ Prezidenti daha sonra atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlasa da, İran dövlət televiziyası Tehranın Vaşinqtonun birtərəfli qərarını tanımayacağını bildirib.
#ABŞ-İran münaqişəsi teqi istifadə olunub
- Tehrandan BMT-yə üzv dövlətlərə çağırış
- “Axios”: “İran və ABŞ sülh razılaşması imzalamağa yaxındır”
- ABŞ-nin Avropadakı hərbi addımı NATO-da narahatlıq yaratdı
- Hörmüz boğazı uğrunda şiddətli savaş başlayır? - Makrondan ABŞ və İrana təcili mesaj - Baku TV
- Möhsün Rəzai: “ABŞ aviadaşıyıcıları olan yeganə dəniz quldurudur”
