Tehrandan BMT-yə üzv dövlətlərə çağırış
İran BMT-yə üzv olan dövlətləri ədalətli davranmağa və ABŞ-nin Hörmüz boğazında gəmiçiliklə bağlı qətnamə layihəsini dünya təşkilatının Təhlükəsizlik Şurasında dəstəkləməməyə çağırır.
Bu barədə İranın təşkilatdakı daimi nümayəndəliyinin yaydığı bəyanatda deyilir.
"Hörmüz boğazı üçün yeganə mümkün həll yolu göz qabağındadır: müharibəyə son qoymaq, dəniz blokadasını aradan qaldırmaq və normal keçidi bərpa etmək. ABŞ böhranı həll etmək əvəzinə, siyasi gündəliyini irəli sürmək və qanunsuz hərəkətləri qanuniləşdirmək üçün "gəmiçilik azadlığı" bəhanəsi ilə BMT Təhlükəsizlik Şurasında yeni qüsurlu və siyasi motivli qətnamə layihəsini irəli sürür. İran üzv dövlətlərini təzyiq əsasında deyil, məntiq, ədalət və prinsiplər əsasında hərəkət etməyə, qətnamə layihəsini rədd etməyə və onu dəstəkləməkdən və ya birgə hərəkət etməkdən çəkinməyə çağırır", – deyə məlumatda qeyd olunub.
#Hörmüz boğazı teqi istifadə olunub
- NATO-nun Baş katibi: “Hörmüz boğazının açılması böyük irəliləyiş olacaq”
- ABŞ, İsrail və İran arasında sensasiyalı proses | Razılaşmanın aqibəti nədən asılıdır? - Baku TV
- ABŞ və İran arasında əldə olunan razılaşma imzalanmağa hazırdır - Baku TV
- Tramp İranla razılaşmanı nə vaxta planlayır?
- Aİ-dən təcili çağırış | ABŞ və İran arasında döyüşlər yenidən başlayır? - Baku TV
