Tramp xüsusi nümayəndələrini İranla danışıqlara göndərməyəcək
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında çox yaxşı danışıqlar aparıldığını bildirib.
Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Son 24 saatda yaxşı danışıqlar apardıq və razılığa gəlmək ehtimalı çox yüksəkdir”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, Vaşinqton istədiyini əldə etməlidir. “Əgər bu baş verməsə, böyük addım atmalı olacağıq”, – deyə o vurğulayıb.
Trampın sözlərinə görə, Tehran da razılaşma əldə etmək istəyir.
Ağ Ev lideri həmçinin İranın danışıqlar zamanı nüvə silahı əldə etmək səylərindən imtina etməyə razılaşdığını bildirib.
"İran nüvə silahına sahib ola bilməz və olmayacaq da. Digər şeylərlə yanaşı, onlar buna razılıq verib", – deyə Tramp əlavə edib.
O eyni zamanda xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşneri İranla danışıqlara göndərmək niyyətində olmadığını bəyan edib.
"Çətin ki, belə olsun. Düşünürəm ki, biz bunu buradan həll edə biləcəyik. Ola bilsin ki, yekun görüş üçün haradasa imzalanma mərasimi təşkil edək", – deyə o qeyd edərək müzakirələrin məsafədən aparılacağını vurğulayıb.
#ABŞ teqi istifadə olunub
- ABŞ və Çin arasında böyük bazarlıq: İran və Rusiya əsas mövzu olur? - AKTUAL GÜNDƏM
- ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər
- ABŞ yeni dünya nizamı cızır: İttifaqlar dəyişir, risklər artır? - AKTUAL GÜNDƏM
- “Heç kəsin bunu etmək hüququ yoxdur” | Rubio Hörmüzə görə kimləri hədələdi? - Baku TV
- Yaxın Şərqdə gərginlik necə olacaq? | Beynəlxalq qurum həll yolu tapa biləcək? - 24 SAAT
