“Heç kəsin bunu etmək hüququ yoxdur” | Rubio Hörmüzə görə kimləri hədələdi? - Baku TV
ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonun Hörmüz boğazındakı əməliyyatının müdafiə xarakterli olduğunu bildirib.
O bu barədə Ağ Evdə keçirilən brifinqdə deyib.
"Bu, hücum əməliyyatı deyil, bu, müdafiə əməliyyatıdır. Onun mənası çox sadədir: bizə atəş açılmadıqca atəş açmırıq. Biz onlara hücum etmirik, amma əgər onlar bizə hücum etsələr, gəmilərə hücum etsələr, buna cavab verilməlidir", – deyə Rubio bildirib.
Onun sözlərinə görə, heç bir ölkənin beynəlxalq sular üzərində nəzarət yaratmaq hüququ yoxdur. "Amma İran məhz bunu edir", – deyə ABŞ dövlət katibi iddia edib.
Bu arada, ABŞ İrana sanksiyalardan yayınmağa kömək edən şirkətləri sanksiyalarla hədələyib. ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Maliyyə Nazirliyi İrana Birləşmiş Ştatların məhdudiyyətlərindən yayınmaqda kömək edən maliyyə institutlarına və kommersiya strukturlarına ikinci dərəcəli sanksiyalar tətbiq edəcək.
"Maliyyə Nazirliyi hazırda İrana daxil olan hər bir dolları müəyyən edir və bloklayır. Buna görə də İrana qarşı sanksiyalardan yayınmağa kömək edən hər hansı xarici maliyyə təşkilatı və ya kommersiya qurumu ikinci dərəcəli sanksiyalara məruz qalacaq və ABŞ maliyyə sisteminə çıxışını itirəcək", – deyə Rubio əlavə edib.
#Marko Rubio teqi istifadə olunub
- ABŞ və İran arasındakı “nüvə savaşı” daha da alovlanır? - “Bu olsa, bütün dünyanı...” - Baku TV
- “İran da təsdiq edir ki...” | Rubiodan Xamenei ilə bağlı açıqlama
- İranla razılaşmaya kim mane olur? | Rubiodan sensasiyalı açıqlama - Baku TV
- Çin ABŞ-ni Panama kanalına nəzarəti ələ keçirməyə cəhd etməkdə ittiham edib
- “Bizə aviabazalardan və hava məkanından istifadə icazəsi vermirlər” | Rubio
