Dünya
Pleyeri seçin:

ABŞ nəşrindən sensasiyalı iddia

16 yanvar 2024

ABŞ hökumətinə tabe olan Mərkəzi Kəşfiyyat İdarəsi HƏMAS-ın yüksək rütbəli liderləri və Qəzzadakı girovların məskunlaşdığı yerlər barədə əldə etdiyi kəşfiyyat məlumatlarını İsrailə ötürür.

Bu barədə ABŞ-nin “New York Times” nəşri məlumat yayıb. Bildirilir ki, oktyabrın 7-də İsrailə edilən hücumlardan dərhal sonra qruplaşma ilə mübarizə məqsədilə yeni əməliyyat qrupu yaradılıb.

Nəşrin hesabatına görə, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın tələbi ilə yaradılan bu bölmə yalnız HƏMAS-ın yüksək səviyyəli rəhbərlərinin axtarışı üçün nəzərdə tutulub.

ABŞ rəsmiləri HƏMAS quruplaşmasının oktyabrın 7-dən əvvəl ölkə üçün 4-cü, hücumdan sonra isə 2-ci prioritet səviyyəsinə yüksəldildiyini bildirib.

Rəsmi Vaşinqton hesab edir ki, oktyabr hücumlarının yaradıcısı hesab edilən Yəhya Sinvar və Məhəmməd Deif kimi yüksək səviyyəli şəxslərin tapılması İsrail Ordusunun qələbə çalması deməkdir. Bütün bunlara baxmayaraq, ABŞ kəşfiyyatının Yəhya Sinvarı ələ keçirməsi son dərəcə mürəkkəb proses hesab olunur.

Qeyd edək ki, İsrail qüvvələri Livanın paytaxtı Beyrutda HƏMAS rəsmisi Salih əl-Arurini məhv edib. ABŞ administrasiyası isə onunla bağlı kəşfiyyat məlumatlarını İsrailə vermədiyini açıqlayıb.

Rusiya vilayətlərində təbii fəlakət ciddi fəsadlar yaratdı

Rusiya vilayətlərində təbii fəlakət ciddi fəsadlar yaratdı

Dünya
12 may 2024
4 ay qarın altında qalan mikroavtobusun çıxarılma anı | Türkiyə

4 ay qarın altında qalan mikroavtobusun çıxarılma anı | Türkiyə

Dünya
12 may 2024
Varşavada dəhşətli anlar | Polşada güclü yanğın

Varşavada dəhşətli anlar | Polşada güclü yanğın

Dünya
12 may 2024
Belarusla sərhəddə yeni qurğular quraşdırılır | Polşa Baş nazirindən sərt bəyanat

Belarusla sərhəddə yeni qurğular quraşdırılır | Polşa Baş nazirindən sərt bəyanat

Dünya
12 may 2024
Rusiyanın Volqoqrad Neftayırma Zavoduna dron hücumu edildi

Rusiyanın Volqoqrad Neftayırma Zavoduna dron hücumu edildi

Dünya
12 may 2024
Tbilisidə minlərlə etirazçı yürüş keçirdi

Tbilisidə minlərlə etirazçı yürüş keçirdi

Dünya
12 may 2024
Fransa prezidenti Emmanuel Makron Kremli hədələdi

Fransa prezidenti Emmanuel Makron Kremli hədələdi

Dünya
12 may 2024
Rusiya MN-dən məlumat | Çoxlu sayda ukraynalı hərbçi məhv edildi

Rusiya MN-dən məlumat | Çoxlu sayda ukraynalı hərbçi məhv edildi

Dünya
12 may 2024
Belqorod şəhərinə hücum | Ölən və xəsarət alanlar var

Belqorod şəhərinə hücum | Ölən və xəsarət alanlar var

Dünya
12 may 2024
Ukrayna Luqanskdakı neft bazasına raket zərbələri endirdi | Ölən və yaralananlar var

Ukrayna Luqanskdakı neft bazasına raket zərbələri endirdi | Ölən və yaralananlar var

Dünya
12 may 2024
Seçilmişlər
icon