Pleyeri seçin:

ABŞ-nin dəstəyi olmadan Kiyevin qələbə şansı yoxdur | Zelenski

17 aprel 2024 62 baxış

Ukrayna Prezidenti Volodomir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Consonun İsrailə və rəsmi Kiyevə ayrılan yardım paketlərinin ayrı-ayrılıqda müzakirəyə çıxarılmasına dair bəyanatını şərh edib. O, bunu dünyanın və demokratiyanın rüsvayçılığı kimi qiymətləndirib.

Sədrin İsrailə yardımla bağlı səsvermə keçiriləcəyini açıqlaması, lakin həmin paketə Ukraynaya yardımın daxil edilməyəcəyini vurğulaması V.Zelenskinin narazılığına səbəb olub.

“Qəribədir. Bu, o deməkdir ki, məsələ təhlükəsizliklə bağlı problemlər deyil. Bu, yalnız və yalnız siyasətdir. Bu, dünya üçün rüsvayçılıqdır, demokratiya və azadlıqdan danışan hər kəs üçün biabırçılıqdır. Əgər Vaşinqton bu yardımı İsrail və Ukrayna üçün ayrı-ayrılıqda paketlərə bölsə, bu, ABŞ-də baş tutan seçkilərlə əlaqəlidir. Ukraynada nələrin baş verdiyi hazırda heç kimin vecinə deyil. Onları yalnız seçkilərdə əldə edəcəkləri reytinq maraqlandırır, mahiyyət bundan ibarətdir”, – o bildirib.

Ukraynanın cəbhədə üzləşdiyi problemlərin günü-gündən artdığını söyləyən V.Zelenski yaxın həftələrdə ABŞ-nin yardım paketinin təsdiqlənməyəcəyi təqdirdə ölkəsinin müharibədə qələbə qazanmaq kimi şansının olmadığını vurğulayıb:

“Mən sizə açıq deyirəm, bu yardım olmasa, bizim qalib gəlmək şansımız yoxdur. İndiki şəraitdə Rusiya ilə döyüşmək çətindir. Çünki qarşı tərəfin artilleriyası və aviasiyası daha çoxdur. Ukrayna və Rusiya arasında cəbhədə artilleriya mərmilərinin nisbəti 1-dən 10-a, təyyarə 1-dən 30-adır. Ümid edirəm ki, konqresmenlər bütün bunlardan agahdır və yaxın günlərdə və ya həftələrdə qərar qəbul edəcəklər”.

Bu açıqlamaların fonunda ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu Vaşinqtonun Ukrayna Ordusunun cəbhədəki fəaliyyət imkanlarını məhdudlaşdırdığını etiraf edib: “Hazırda orduda ən ciddi problem Kiyevə edilən yardımların gecikdirilməsidir”.

Bildirilib ki, sözügedən məsələ Rusiyaya hücum əməliyyatlarını genişləndirməyə da şərait yaradıb. Araşdırmaya görə, bütün bunlar rəsmi Moskvanın daha ciddi uğurlar əldə etməsi ilə nəticələnə bilər.

İnstitutun məlumatına görə, yubanmalar həmçinin Ukrayna Ordusunun texnika ehtiyatında da ciddi çatışmazlıqlar yaradıb. Qeyd olunub ki, hazırda Kiyev məhdud hava hücumundan müdafiə sistemlərinə malikdir.

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Dünya
20 dekabr 2025 62 baxış
Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Dünya
20 dekabr 2025 62 baxış
Avropa İttifaqı Gürcüstana şərt qoydu

Avropa İttifaqı Gürcüstana şərt qoydu

Dünya
20 dekabr 2025 62 baxış
Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Dünya
20 dekabr 2025 62 baxış
Tramp Floridaya niyə səfər edir?

Tramp Floridaya niyə səfər edir?

Dünya
20 dekabr 2025 62 baxış
Rusiya Ordusundan Odessadakı limana hücum

Rusiya Ordusundan Odessadakı limana hücum

Dünya
20 dekabr 2025 62 baxış
Arizona ştatındakı hərbi bazada atışma baş verib

Arizona ştatındakı hərbi bazada atışma baş verib

Dünya
20 dekabr 2025 62 baxış
Rusiya Prezidentindən sensasiyalı açıqlama

Rusiya Prezidentindən sensasiyalı açıqlama

Dünya
20 dekabr 2025 62 baxış
Rubio Rusiya-Ukrayna müharibəsindən danışdı

Rubio Rusiya-Ukrayna müharibəsindən danışdı

Dünya
20 dekabr 2025 62 baxış
Avropadan Ukraynaya rekord məbləğdə yardım | Müharibə bitəcək, yoxsa? - Baku TV

Avropadan Ukraynaya rekord məbləğdə yardım | Müharibə bitəcək, yoxsa? - Baku TV

Dünya
20 dekabr 2025 62 baxış
Seçilmişlər
icon