Pleyeri seçin:
Ağ Ev rəhbəri rusiyalı həmkarı ilə nələri müzakirə edəcək?
ABŞ Prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin arasında təxminən iki saat davam edən telefon danışığı baş tutub. "Truth Social" hesabında danışığı "çox məhsuldar" adlandıran Ağ Ev rəhbəri, yaxın vaxtlarda Putinlə Macarıstanın paytaxtı Budapeştdə bir araya gələcəyini açıqlayıb. Tərəflər telefon danışığı zamanı Ukrayna münaqişəsindən sonra ABŞ və Rusiya arasında ticarət əlaqələrinin bərpası, eləcə də Yaxın Şərqdəki münaqişənin həlli məsələlərini müzakirə ediblər. Tramp həmçinin bu danışığın detallarını yaxın günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə də müzakirə edəcəyini bildirib.
Kopyalandı
#Donald Tramp teqi istifadə olunub
- Tramp İlham Əliyevin sözlərinin yer aldığı məqaləni “Truth Social”da paylaşdı - Baku TV
- Ərəb ölkələri İrana qarşı vahid cəbhədə birləşir? | Tehran hərəkətə keçəcək? - Baku TV
- Ağ Evin İrana qarşı yeni təzyiqi: Danışıqlar çağırışının pərdəarxası məqamları - ANA XƏBƏR
- Donald Tramp İranı sərt şəkildə hədələdi
- Baş nazir ABŞ Prezidenti ilə görüşdə tarixi açıqladı
