Pleyeri seçin:

Alimlər o qədər qorxub ki, bir daha... | Hər kəsi təəccübləndirən tapıntı

26 noyabr 2024 137 baxış

Tədqiqatçılar asteklər dövründə insan kəlləsi formasında hazırlanmış və qışqırığa bənzər səs çıxaran gil fitlərin insan şüuruna təsir edə biləcəyini, təşviş yaratdığını və qorxunu artıra biləcəyini müəyyənləşdiriblər.

Bu fitləri ilk sınaqdan keçirən iki alim o qədər qorxub ki, ağlayıb və bir daha heç vaxt ona üfürməyəcəklərinə and içiblər.

Bugünkü Meksikanın yerli xalqlarının yaratdığı artefakt arxeoloqlar tərəfindən 1999-cu ildə aşkarlanıb. Bu yerdə asteklər insanları qurban verirdilər.

Təsdiq kimi alimlər məzarda başı kəsilmiş bir gəncin qalıqlarını da tapıblar. Onun əlində gildən hazırlanmış kəllə formasında kiçik bir fit olub. Bundan sonra bənzər əşyalar digər məzarlarda, əsasən Astek sivilizasiyası ilə əlaqəli yerlərdə tapılmağa başlayıb. Əvvəlcə arxeoloqlar bunun sadəcə sadə ritual bəzəyi olduğunu düşünüblər, lakin sonra artefaktlar müqayisə edilib və onlardakı dəliklərin musiqi alətlərində olduğu kimi eyni şəkildə düzəldildiyi görülüb. Sonra alimlər 3D çap texnologiyasından istifadə edərək bu əşyanı orijinal formada yenidən yaratmağa qərar veriblər. Çıxan səs insanın ürəkparçalayan qışqırığına bənzəyib.

Artıq 25 ildir ki, elm adamları asteklərin bu “ölüm fitlərindən” nə üçün istifadə etdikləri barədə mübahisə edirlər. Bəziləri döyüşdə düşməni qorxutmaq üçün, digərləri isə qurban verilmə ayininə aid olduğunu iddia edirlər. Sınaqdan keçirilənlər eşitdikləri səslərin mənbəyinin nə olduğunu bilməyiblər. Onların beyinlərinin müşahidəsi zamanı eşitmə şöbələrində neyronların aktivliyinin artması qeydə alınıb. Bəzi iştirakçılar o qədər qorxublar ki, bundan əvvəl fikirlərini məşğul edən hər şeyi unudublar və yalnız bu siqnala diqqət yetiriblər. Buna görə də alimlər düşünürlər ki, bu fitlər insan öldürüləndə digər ayin iştirakçılarında qorxu yaratmaq üçün istifadə olunurmuş.

Rusiyanın taktiki dronları vuruldu

Rusiyanın taktiki dronları vuruldu

Dünya
19 yanvar 2026 137 baxış
Hər kəs dəvətlidir, hamı narazıdır, giriş haqqı 1 milyard dollar

Hər kəs dəvətlidir, hamı narazıdır, giriş haqqı 1 milyard dollar

Dünya
19 yanvar 2026 137 baxış
Qırğızıstanda aliment ödəməyənlər həbs olunacaq

Qırğızıstanda aliment ödəməyənlər həbs olunacaq

Dünya
19 yanvar 2026 137 baxış
Ermənistan Rusiya sərhədçilərini Türkiyə ilə sərhəddən çıxarmağı planlaşdırır

Ermənistan Rusiya sərhədçilərini Türkiyə ilə sərhəddən çıxarmağı planlaşdırır

Dünya
19 yanvar 2026 137 baxış
"Orban Macarıstanı müharibədən kənarda saxlamağa çalışır" | Macarıstan rəsmisi

"Orban Macarıstanı müharibədən kənarda saxlamağa çalışır" | Macarıstan rəsmisi

Dünya
19 yanvar 2026 137 baxış
İspaniyada dəhşətli qatar qəzasından sonra hansı qərar verildi?

İspaniyada dəhşətli qatar qəzasından sonra hansı qərar verildi?

Dünya
19 yanvar 2026 137 baxış
Samvel Karapetyanın tərəfdarları yeni siyasi partiya yaratdı - Baku TV CANLI

Samvel Karapetyanın tərəfdarları yeni siyasi partiya yaratdı - Baku TV CANLI

Dünya
19 yanvar 2026 137 baxış
İnsanlıq hələ buna hazır deyil? | Niyə heç kim bu yazıların sirrini aça bilmir? - ARAŞDIRMA

İnsanlıq hələ buna hazır deyil? | Niyə heç kim bu yazıların sirrini aça bilmir? - ARAŞDIRMA

Dünya
19 yanvar 2026 137 baxış
Çində iqtisadiyyat ABŞ ilə ticarət müharibəsinə baxmayaraq, hədəfə çatıb

Çində iqtisadiyyat ABŞ ilə ticarət müharibəsinə baxmayaraq, hədəfə çatıb

Dünya
19 yanvar 2026 137 baxış
Pezeşkian onlara xəbərdarlıq etdi | "Bu, İran xalqına qarşı müharibədir!" - Baku TV

Pezeşkian onlara xəbərdarlıq etdi | "Bu, İran xalqına qarşı müharibədir!" - Baku TV

Dünya
19 yanvar 2026 137 baxış
Seçilmişlər
icon