İrana qarşı hücumu zəruri edən kritik səbəb | Rubiodan Tehranla bağlı xəbərdarlıq - Baku TV
ABŞ dövlət katibi Marko Rubio iddia edib ki, İran bir il və ya il yarım ərzində o qədər çox raket və pilotsuz uçuş aparatı toplaya bilərdi ki, ona qarşı hərbi əməliyyat keçirmək mümkün olmazdı.
Rubio bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Bu əməliyyat həyata keçirilməli idi, çünki İran bir ildən və ya il yarımdan sonra xətti keçəcək və faktiki olaraq toxunulmazlıq əldə edəcəkdi. Bu o deməkdir ki, onların o qədər qısamənzilli raketi və o qədər pilotsuz uçuş aparatı olacaqdı ki, heç kim bunun qarşısını ala bilməyəcəkdi”, – deyə o bildirib.
Rubio qeyd edib ki, məsələ ilə bağlı Konqres üzvləri ilə keçiriləcək görüşdə İrana qarşı hərbi əməliyyatın gedişi barədə məlumat verəcək. Gözlənilir ki, ABŞ administrasiyasının digər rəsmiləri də yaxın günlərdə Konqresi bu barədə məlumatlandıracaqlar.
#Marko Rubio teqi istifadə olunub
- ABŞ-nin dövlət katibi münaqişəni bitirə biləcəklərinə inanır
- “Tramp müharibənin bitməsi üçün çox şey etdi, amma...” | Marko Rubio
- Kuba sahillərində baş vermiş insidentdə ABŞ-nin rolu
- ABŞ-dən iranlılara qarşı sərt qərar | Sanksiya siyahısında diqqətçəkən nüans - Baku TV
- Rubio Vaşinqtonun xarici siyasətində önə çıxan planlardan danışdı - Baku TV
