Pleyeri seçin:

Alla Puqaçovaya qarşı sərt ittiham | Məşhur rusiyalı müğənni hakim qarşısına çıxarılacaq?

12 mart 2025 372 baxış

Məşhur müğənni Alla Puqaçova Rusiyada sifarişli qətlin təşkilində ittiham olunub və indi dindirməyə çağırıla bilər.

Federal Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin ona qarşı sui-qəsd cəhdinin olduğunu iddia edib və bu hadisənin təşkilində müğənni Alla Puqaçovanı, eləcə də müxalifətçilər Mixail Xodorkovskini və Leonid Nevzlinı günahlandırıb.

V.Borodin Rusiya İstintaq Komitəsinə martın 9-da NTV kanalında yayımlanan "Yeni rus sensasiyaları" verilişindən sonra müraciət edib.

Verilişdə onun A.Puqaçova haqqında səsləndirdiyi fikirlərin, həmçinin müğənninin dövlət təltiflərindən məhrum edilməsi, xarici agent kimi tanınması və cinayət məsuliyyətinə cəlb olunması təşəbbüslərinin mümkün hücumun səbəbi ola biləcəyi iddia olunub.

Məmur əminliyini ifadə edərək bildirib ki, istintaq bütün aidiyyəti şəxsləri məsuliyyətə cəlb edəcək.

O həmçinin cinayət işinin açılacağına ümid etdiyini və Alla Puqaçovanı ifadə vermək üçün gəlməyə çağırdığını qeyd edib.

V.Borodin müraciətində öz həyatından narahat olduğunu da vurğulayıb və bu barədə ədliyyə general-mayoru Andrey Strijova rəsmi ərizə verdiyini bildirib.

Qeyd edək ki, FTKL rəhbəri daha əvvəl də mədəniyyət nümayəndələrini, o cümlədən Liliya Axedjakovanı, Layma Vaykuleni, Semyon Slepakovu və Danila Kozlovskini ittiham edib.

Bundan əlavə, o, Santa-Klausun xarici agent kimi tanınmasını təklif edib və bunu onun guya “Şaxta baba”ya alternativ yaradaraq rus mədəniyyətini əvəz etməsi ilə əsaslandırıb.

Xatırladaq ki, Alla Puqaçovaya və Rusiyada xarici agent kimi tanınan Maksim Qalkinə məxsus olan Qryaz kəndindəki qala yerli sakinlərin narazılığına səbəb olub. Onlar hesab edirlər ki, bina kəndin ümumi görünüşünə uyğun gəlmir və sökülməlidir.

"Qalanı partlatmaq lazımdır, çünki o, ətraf mühitə uyğun deyil. Onlar burada özlərinə Kurşavel qurublar, amma bura kənddir", - bir kişi bildirib və mülkün vəziyyətinə və orada qara kifin əmələ gəlməsi ilə bağlı şayiələrə əhəmiyyət vermədiyini vurğulayıb.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 372 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 372 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 372 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 372 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 372 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 372 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 372 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 372 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 372 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 372 baxış
Seçilmişlər
icon