Pleyeri seçin:

Avropa Rusiyanın ipini belə yığacaq? - Putini özündən çıxaracaq qərar

14 mart 2025 370 baxış

Avropa Birliyi hərbi-sənaye kompleksində investisiyaların və hərbi istehsalın artırılması üçün Ukraynanı dəstəkləmək və ABŞ-nin Avropa təhlükəsizliyinin təmin edilməsində rolunu minimuma endirmək məqsədi daşıyan böyük layihəyə başlayır.

Bu barədə “Politiko” nəşri müdafiə üzrə “Ağ kitab” layihəsinə istinadla məlumat yayıb.

Məlumata görə, sənəd Avropanın müdafiə üzrə komissarı Andrius Kubilius və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas tərəfindən hazırlanıb və gələn həftə AB liderlərinə təqdim olunacaq.

AB-nin yeni müdafiə siyasətinin əsas elementlərinə üzv ölkələr və üçüncü ölkələrin şirkətləri tərəfindən silah istehsalının stimullaşdırılması, həmçinin birgə silah alışı və müdafiə layihələrinin sadələşdirilmiş maliyyələşdirilməsi daxildir.

Sənəddə bildirilir ki, Avropa hərbi-sənaye kompleksinin bərpası AB-nin icma daxilində istehsal olunan müdafiə təyinatlı məmulatlarının prioritet qaydada alınmasının imkanını nəzərdən keçirməlidir.

Bütövlükdə sənəd hava və raket hücumundan müdafiə, artilleriya sistemləri, döyüş sursatı və raketlərin istehsalı, PUA-ların dizaynı, hərbi mobilliyin inkişafı, müdafiədə yüksək texnologiyaların tətbiqi və mühüm infrastrukturun mühafizəsi daxil olmaqla, yeddi əsas investisiya sahəsini əks etdirir.

Sənədə əsasən, Rusiya AB üçün ekzistensial təhlükədir və buna görə də blok Ukraynada sülh əldə edildikdən sonra da Moskvanı cilovlamağa yönəlmiş siyasəti davam etdirmək niyyətindədir. Hazırda Brüsselin əsas vəzifəsi Kiyevə dəstəyi davam etdirməkdir.

“Ağ kitab”da həmçinin Kiyevə yardım göstərmək üçün bir sıra əsas tədbirlər, o cümlədən 1,5 milyon artilleriya mərmisi və hava hücumundan müdafiə sistemlərinin tədarükü, AB ölkələri tərəfindən ukraynalı hərbçilərin təliminin davam etdirilməsi, Ukrayna hərbi-sənaye kompleksi məhsullarının alınmasının təşkili öz əksini tapıb.

Putinlə bağlı dediklərinə görə axtarılan Mixail Verbitskidən açıqlama

Putinlə bağlı dediklərinə görə axtarılan Mixail Verbitskidən açıqlama

Dünya
16 iyun 2026 370 baxış
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı

ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı

Dünya
16 iyun 2026 370 baxış
Köçəryanın planları niyə alınmadı? | “İndi qurban veriləcəyindən qorxur”

Köçəryanın planları niyə alınmadı? | “İndi qurban veriləcəyindən qorxur”

Dünya
16 iyun 2026 370 baxış
“Düşünürdüm ki, bu, həll edilməsi ən asan müharibə olacaq” | Tramp

“Düşünürdüm ki, bu, həll edilməsi ən asan müharibə olacaq” | Tramp

Dünya
16 iyun 2026 370 baxış
ABŞ-İran yeni səhifə açır: Tehran hansı imtiyazları qazanacaq? - AKTUAL GÜNDƏM

ABŞ-İran yeni səhifə açır: Tehran hansı imtiyazları qazanacaq? - AKTUAL GÜNDƏM

Dünya
16 iyun 2026 370 baxış
”Bu siyasi fəlakətə cavab hazırlamalıyıq” | İsrailin keçmiş müdafiə naziri

”Bu siyasi fəlakətə cavab hazırlamalıyıq” | İsrailin keçmiş müdafiə naziri

Dünya
16 iyun 2026 370 baxış
Donald Tramp yayılan iddialara cavab verdi - Baku TV CANLI

Donald Tramp yayılan iddialara cavab verdi - Baku TV CANLI

Dünya
16 iyun 2026 370 baxış
Ukraynadan gecə hücumu: Moskva yenidən dronların hədəfində - Baku TV CANLI

Ukraynadan gecə hücumu: Moskva yenidən dronların hədəfində - Baku TV CANLI

Dünya
16 iyun 2026 370 baxış
Norveç şahzadəsinin oğluna 4 il həbs cəzası verildi

Norveç şahzadəsinin oğluna 4 il həbs cəzası verildi

Dünya
16 iyun 2026 370 baxış
İran ABŞ ilə razılaşsa da, İsrail qoşunlarını Livandan çıxarmayacaq

İran ABŞ ilə razılaşsa da, İsrail qoşunlarını Livandan çıxarmayacaq

Dünya
16 iyun 2026 370 baxış
Seçilmişlər
icon